Qəbələdə avtomobillə vurulan piyada hadisə yerində öldü

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qafqazinfo xəbər verir ki, qəza Hacallı kəndinin ərazisində qeydə alınıb. 
Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi “VAZ-21093” markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub. 
Nəticədə, piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.


Tarix: 11-07-2020, 10:43 Oxunub: 260


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930