Qaynarxeber.az-a daxil olan yeni məlumatda bildirilir ki, Şamaxı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olduğu deyilən 56-AC-272 dövlət nömrə nişanlı yük avtomobili heç bir rəsmi müqavilə bağlanmadan, qeyri-qanuni şəkildə İmişli rayonunda fəaliyyət göstərən TürkAz MMC-yə aylıq 1000 manat qarşılığında icarəyə verilib.
Mənbələrin iddiasına görə, bu “arenda” prosesi tamamilə şifahi razılaşma əsasında həyata keçirilib. Əgər bu məlumat doğrudursa, söhbət artıq sadəcə inzibati uyğunsuzluqdan yox, açıq şəkildə qanun pozuntusundan gedir.
Müqaviləsiz icarə – açıq qanun pozuntusu
Dövlət balansında olan hər hansı texnika yalnız müvafiq qərar, sənədləşmə və hüquqi prosedur əsasında icarəyə verilə bilər. Müqaviləsiz, uçotsuz və şəffaflıq olmadan həyata keçirilən icarə aşağıdakı sualları gündəmə gətirir:
Aylıq 1000 manat kimə və necə ödənilir?
Bu vəsait rəsmi olaraq büdcəyə daxil olurmu?
Vergi və uçot məsələləri necə tənzimlənir?
Dövlət əmlakından əldə olunan gəlir niyə sənədləşdirilmir?
Əgər ortada rəsmi müqavilə yoxdursa, deməli nə öhdəlik var, nə məsuliyyət, nə də hüquqi təminat. Bu isə həm büdcə itkilərinə, həm də korrupsiya risklərinə yol açır.
Şamaxıda texnika çatışmazlığı varkən...
Ən diqqətçəkən məqam isə odur ki, kommunal təsərrüfat qurumlarının əsas vəzifəsi yerli əhaliyə xidmət göstərməkdir. Şamaxıda abadlıq, tullantıların daşınması və digər kommunal problemlər tam həll olunubmu ki, yük maşını başqa rayonda kommersiya fəaliyyətinə yönləndirilib?
Əgər texnika həqiqətən Şamaxıya məxsusdursa, onun İmişlidə özəl şirkətin istifadəsinə verilməsi birbaşa təyinatdan kənar istifadə deməkdir.
Ziddiyyətli açıqlamalar və susqunluq
Əvvəlki müraciətlər zamanı bildirilib ki, avtomobil guya şəhər bələdiyyəsinə məxsusdur. Lakin araşdırma zamanı bu hal təsdiqini tapmadı.
Dəfələrlə Şamaxı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ilə telefon əlaqəsi yaratmağa çalışsaq da, məsələyə aydınlıq gətirəcək konkret və rəsmi cavab almaq mümkün olmayıb.
Sonda...
Ortada ciddi iddia var: dövlət balansında olan yük avtomobili heç bir müqavilə olmadan, qeyri-rəsmi qaydada özəl MMC-yə aylıq 1000 manata icarəyə verilib. Əgər bu fakt təsdiqini tapsa, məsələ yalnız inzibati yox, hüquqi müstəviyə keçməlidir.
Mövzu ilə bağlı araşdırmamız davam edir. Aidiyyəti qurumların məsələyə rəsmi münasibət bildirməsi və sənədləri ictimaiyyətə təqdim etməsi gözlənilir. Şəffaflıq olmayan yerdə isə suallar bitmir.
Qaynarxeber.azBölməyə aid digər xəbərlər
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||















