TƏCİLİ!!! Qazi ölməyə məhkum edilir? – Cəlilabad xəstəxanasında NƏ BAŞ VERİR...

Qəhrəman övladına təcili yardım belə tapılmır

Azərbaycan əsgəri döyüş meydanında öz canını sipər edəndə heç bir şərt irəli sürmürdü. Amma bu gün həmin qəhrəmanların bəziləri doğma yurdunda ən elementar tibbi xidmətdən belə məhrum edilirsə, bunun adı nədir? Bu, sadəcə biganəlik deyil, qazilərə qarşı açıq hörmətsizlik, dövlət siyasətinə xəyanətdir.
BİA.az xəbər verir ki, Cəlilabad şəhərində yaşayan I Qarabağ müharibəsi iştirakçısının atası Cingiz Təhməzovun fəryadı xəstəxanada hökm sürən acı reallığı bir daha üzə çıxarır. Onun anoloji xəstəlikdən əziyyət çəkən qazı oğlu artıq üç gündür ağır vəziyyətdədir. Lakin nə təcili yardımla Bakıya göndərilir, nə də xəstəxanada normal müalicə təmin olunur. Həkimlərin etdiyi yalnız bir ağrıkəsici iynə vurmaqdan ibarətdir – sanki bu igid oğulun ölümünü gözləyirlər.

Xəstəxana direktoru əlçatmazdır – xəstənin yanına buraxmırlar

Valideynin sözlərinə görə, Cəlilabad xəstəxanasının direktoru Oktay Əmənullayevlə əlaqə saxlamaq, dərdini demək mümkün deyil. Üstəlik, xəstəxanada oğlunun yanına buraxılmır. Bu, artıq insanlıqdan kənar davranışdır. Dövlətin adından istifadə edib kresloda oturan rəhbərlərin insan taleyinə bu qədər laqeyd münasibəti qəbulolunmazdır.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, şəhid ailələri və qazilər dövlətin xüsusi diqqətindədir. Amma yerlərdə oturan bəzi məmurlar bu siyasətə zidd hərəkət edir, öz məsuliyyətsizlikləri ilə həm insanların həyatını, həm də dövlətin adına yazılan etimadı məhv edirlər.

“Pulun yoxdursa, yaşamağa da haqqın yoxdur” prinsipi hökm sürür?

Cingiz Təhməzov deyir ki, maddi imkanı yoxdur, buna görə də oğlunu xilas etmək üçün heç bir yol tapa bilmir. Əgər ölkənin böyük bir rayonunda, yüz minlərlə əhalinin yaşadığı Cəlilabadda təcili yardım maşını belə tapılmırsa, xəstəxana rəhbərliyi isə xəstəni ölümlə baş-başa qoyursa, bu, artıq səhiyyə sisteminin iflasıdır.
İnsan həyatı, xüsusilə də vətən uğrunda sağlamlığını itirmiş qazinin həyatı bu qədər ucuz ola bilməz. Bu, nə tibbin, nə dövlətin, nə də cəmiyyətin qəbul edə biləcəyi haldır.

Bir ailənin faciəsi yox, bir millətin vicdan yarası

Bu hadisə yalnız bir qazi ailəsinin faciəsi deyil. Bu, bütöv bir xalqın vicdanına yazılan qara ləkədir. Əgər Cəlilabadda bir qəhrəman övlad atasının gözləri önündə əzab çəkirsə, sabah bu hal başqa rayonlarda da yaşanacaq. O zaman sual olunur: qazilər niyə bu qədər biganəliyə məhkum edilməlidir?
Əgər bir qazi ölüm yatağında çırpınırsa, bu, təkcə səhiyyənin yox, bütün sistemin sınma nöqtəsidir. Bu ölkədə hər kəsin səsi çatmaya bilər, amma qazilərin fəryadı eşidilməlidir. Çünki onların hər nəfəsi, hər addımı bu torpağın azadlığı üçün verilmiş qurbanların davamıdır.

Məsuliyyət tələb olunur!

Əgər bu gün Cəlilabadda belə bir faciə baş verirsə, bu, təkcə bir həkimin, bir direktorun deyil, bütün səhiyyə idarəçiliyinin məsuliyyətidir. Bu məsuliyyətsizlik aradan qaldırılmasa, qazilərimizin etimadı sarsılacaq, cəmiyyətin dövlətdən gözləntiləri puça çıxacaq.
Cəmiyyət, ictimaiyyət və media bu məsələnin üstünə düşməli, məsul şəxslər isə konkret cavab verməlidirlər: nəyə görə bir qazi üç gün ərzində təcili yardım maşınına həsrət qalmalıdır?

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırq.

Movzunu diqqətdə saxlayacağıq.


BİA.AZ






Tarix: 22-09-2025, 19:39 Oxunub: 115


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930