Azərbaycanda yanğınsöndürən maşın qəza törətdi: Yaralılar var

Xaçmaz rayonunda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən avtomobili qəza törədib.
Report-un məlumatına görə, hadisə Bakı-Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan “VAZ-2101” markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində VAZ-ın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlu və sərnişini - 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar.
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hər iki şəxsə baş beyin silkələnməsi, üzün çoxsaylı xəsarətləri diaqnozu qoyulub.
S.İslamovun vəziyyəti ağır olduğundan, o, reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 8-07-2020, 10:25 Oxunub: 219


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930