19:54 / 27-05-2026
Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO
11:45 / 27-05-2026
28 MAY – MİLLƏTİN YENİDƏN DOĞULDUĞU GÜN
16:43 / 06-05-2026
Təhsilə sədaqətin parlaq nümunəsi – Elnarə Vəliyeva
16:39 / 06-05-2026
Təhsilə həsr olunan nümunəvi rəhbərlik – Mehriban Poladova
20:09 / 02-05-2026
Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
19:10 / 29-04-2026
Paytaxtın mərkəzində açıq-aşkar qanunsuzluq: “DRAKON” adı altında fəaliyyət göstərən əxlaqsızlıq məkanı ifşa olunur. FAKT
22:31 / 23-02-2026
Şamaxı "kommuxoz"unda NƏ BAŞ VERİR? – Müqaviləsiz “arenda” iddiası...
13:34 / 23-02-2026
Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova KİMDİR...
21:57 / 06-02-2026
İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi VİDEO
14:23 / 03-02-2026
Uşaq qidası üzərindən suallar: Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki bağçalarda şəffaflıq varmı?
12:27 / 28-01-2026
Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...
12:22 / 28-01-2026
“Parazit sözlər şou proqamlarda istifadə edilir” - Qulu Məhərrəmli
12:18 / 28-01-2026
Tutuqlanan azərbaycanlılar “Vilayəti-Xorasan”a necə qoşulublar? - TƏFƏRRÜAT
19:45 / 06-01-2026
Xırdalanda daha bir QANUNSUZLUQ - Park ərazisində uşaq meydançasını zəbt edib yerində ikimərtəbəli obyekt tikilir - VİDEO
17:59 / 23-12-2025
Bakıxanovda “görünməyən icazələr”: qanunsuz tikinti iddiaları, torpaq zəbtı və cavabsız suallar
10:41 / 27-11-2025
Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu
13:23 / 21-11-2025
Şahdağ Milli Meşələrin "QAZAN XAN"ı yenidən iş başında... - ŞOK VİDEO
12:44 / 07-11-2025
Bu tarixi gün Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla, milli suverenliyin, azadlığın və müstəqilliyin rəmzi kimi dəyərləndirilir
01:52 / 21-10-2025
Dövlət başçımızın Qazaxıstana planlaşdırılan səfəri iki ölkə və xalqlar arasında münasibətləri daha da dərinləşdirməyə xidmət edəcək.
13:30 / 14-10-2025
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynovanın barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE
18:46 / 13-10-2025
Qordon: Putinlə görüşdə Əliyevə baxın - Foto
18:43 / 13-10-2025
Azərbaycanla İran arasında mühüm müzakirə aparıldı
18:41 / 13-10-2025
MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat
16:50 / 13-10-2025
Azərbaycan artıq regional oyunçudan qlobal məsələlərlə məşğul olan etibarlı tərəfə çevrilir
12:48 / 06-10-2025
Kitabın ruhunu yaşadan ALİM...
12:29 / 30-09-2025
Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - Sumqayıt şəhər 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülbahar Haqverdiyeva
15:07 / 26-09-2025
Təhsil və Media: Tamerlan Əkbərov işini yalnız vəzifə kimi deyil, həm də missiya kimi görür
12:43 / 23-09-2025
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
Dövlət başçımızın Qazaxıstana planlaşdırılan səfəri iki ölkə və xalqlar arasında münasibətləri daha da dərinləşdirməyə xidmət edəcək.
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qədim tarixə, ortaq dəyərlərə və qardaşlıq tellərinə əsaslansa da, son illərdə bu əlaqələr xüsusilə enerji sektorunda strateji məna kəsb edib. Neft-qaz sahəsində iki ölkənin əsas şirkətləri — SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə saziş bu əməkdaşlığın mühüm göstəricisidir.
Bölməyə aid digər xəbərlər
![]()
Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” Agentliyinə geniş müsahibə verib. Müsahibədə dövlət başçımız ölkəmizin Qazaxıstanla enerji, logistika, ticarət, bağlantılarla bağlı əməkdaşlığı barədə qeyd edib.
Azərbaycan ilə Qazaxıstan arasında münasibətlər qədim tarixə, ortaq dəyərlərə və qardaşlıq tellərinə əsaslansa da, son illərdə bu əlaqələr xüsusilə enerji sektorunda strateji məna kəsb edib. Neft-qaz sahəsində iki ölkənin əsas şirkətləri — SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə saziş bu əməkdaşlığın mühüm göstəricisidir.
Bu saziş çərçivəsində ildə 1,5 milyon ton Qazaxıstan neftinin Azərbaycan ərazisi vasitəsilə tranziti nəzərdə tutulur. Bu, təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm hadisədir, çünki Xəzər regionunda enerji marşrutlarının şaxələndirilməsini təmin edir və Qazaxıstan neftinin dünya bazarlarına çıxışı üçün yeni imkanlar yaradır.
Azərbaycan, Xəzər resurslarını qlobal bazarlara təhlükəsiz çıxaran etibarlı tərəfdaş kimi tanınır. Şaxələndirilmiş kəmər infrastrukturu ilə 14 ölkəyə qaz tədarük olunur və bu, Avropanın enerji təhlükəsizliyində alternativ rol oynayır. Paralel olaraq, Azərbaycan bərpaolunan enerjidə (günəş, külək, hidro) regionun öncül oyunçusuna çevrilir. COP29-da Azərbaycan-Qazaxıstan-Özbəkistan arasında imzalanan yaşıl enerji üzrə strateji tərəfdaşlıq sənədi, Xəzər-Qara dəniz marşrutu ilə yaşıl elektrik ixracını reallığa çevirməyi hədəfləyir.Prezident qeyd edib ki, 2024-cü ildə Qaazaxıstanla tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin azaldılması ilə bağlı əlavə saziş imzalanıb. Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir.
Enerji əməkdaşlığını dəstəkləyən əsas amillərdən biri Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) səmərəliliyidir. Aktau və Ələt limanlarında infrastrukturun modernləşdirilməsi, yeni logistika mərkəzlərinin yaradılması və qatar parkının yenilənməsi bu marşrutun Avropa ilə Asiyanı birləşdirən əsas tranzit xətti kimi mövqeyini gücləndirir. Azərbaycan və Qazaxıstan bu istiqamətdə birgə səylərlə enerji, yükdaşımalar və sənaye əlaqələrinin inteqrasiyasına nail olmaqdadır.
İki ölkə arasında gəmiqayırma sahəsində tərəfdaşlıq da mühüm sənaye əməkdaşlığı istiqamətidir. Xəzərdə neftin və digər yüklərin daşınması üçün müasir gəmilərin istehsalı, texnoloji təchizatın müasirləşdirilməsi və birgə istehsal təşəbbüsləri regional sənaye potensialını artırır. Bu əməkdaşlıq həm də yerli istehsal güclərinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycan–Qazaxıstan münasibətləri təkcə enerji və iqtisadi müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha geniş siyasi və strateji əməkdaşlıq platforması üzərində formalaşır.
Azərbaycan–Qazaxıstan münasibətləri təkcə enerji və iqtisadi müstəvidə deyil, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində daha geniş siyasi və strateji əməkdaşlıq platforması üzərində formalaşır.
TDT türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilmiş Zirvə Görüşündə imzalanmış “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılması haqqında Naxçıvan Sazişi”nə (Naxçıvan Sazişi) əsasən Azərbaycan və Qazaxıstan təşkilatın təsisçi üzvləri olmuşlar. Hər iki ölkə TDT-nin inkişafına töhfə verir. Bu görüşlərdə qəbul edilən bəyannamələr Türk dünyasının siyasi, iqtisadi və hərbi gücünü artırmaq, onu qlobal arenada güc mərkəzinə çevirmək istiqamətində mühüm addımlardır. Son illərdə keçirilən Şuşa və Qəbələ Zirvə Görüşləri ölkələrimiz arasında siyasi dialoqun və qarşılıqlı etimadın daha da dərinləşdiyini göstərib.
Azərbaycan ilə Qazaxıstanı birləşdirən əlaqələrin təməlində ortaq tarix, mədəniyyət və din dayanır. 2023-cü ildə Bakıda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi bu əlaqələrin dərinliyini nümayiş etdirir.Bu tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin və qarşılıqlı mədəni zənginləşmənin təzahürüdür.
Bununla yanaşı, iki ölkənin qarşısında duran ən aktual problemlərdən biri də Xəzər dənizinin səviyyəsinin azalması və ekoloji tarazlığın pozulmasıdır. Azərbaycan Prezidenti 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə bu məsələni qaldırmış və Xəzərin birgə qorunmasına çağırmışdır. Hazırkı vəziyyətdə Azərbaycan və Qazaxıstan elmi məlumat mübadiləsini gücləndirməli, biomüxtəlifliyin qorunması və ekosistemin bərpası üçün koordinasiyalı tədbirlər həyata keçirməlidirlər. Xəzər dənizi artıq təkcə enerji və nəqliyyat məkanı deyil, həm də ortaq ekoloji öhdəliklərin və birgə fəaliyyətin rəmzinə çevrilməkdədir.
Enerji, nəqliyyat, sənaye və mədəniyyət sahələrində imzalanan çoxsaylı sazişlər iki ölkə arasında etimada, qarşılıqlı hörmətə və strateji tərəfdaşlığa əsaslanan dərin əlaqələrin bariz göstəricisidir. Bu əlaqələr yalnız ikitərəfli maraqlara deyil, eyni zamanda Türk dünyasının birliyinə və Avrasiya regionunun sabitliyinə xidmət edir. Dövlət başçımızın Qazaxıstana planlaşdırılan səfəri iki ölkə və xalqlar arasında münasibətləri daha da dərinləşdirməyə xidmət edəcək.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı
Milli Məclisin deputatı
Qaynarxeber.az
Tarix: 21-10-2025, 01:52 Oxunub: 243
Bölməyə aid digər xəbərlər
15-06-2024, 11:35
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
18-03-2024, 15:27
Azərbaycan - Gürcüstan əlaqələri mehriban qonşuluq və dostluğa əsaslanıb
28-10-2021, 14:33
“Zəngəzur dəhlizi Türkiyə üçün Orta Asiyaya ticarət qapısı rolunu oynayacaq” – Komitə sədri
6-08-2021, 17:06
"YALNIZ VƏ YALNIZ KÖKLÜ İSLAHATLARLA CİDDİ İQTİSADİ YÜKSƏLİŞƏ CATMAQ MÜMKÜNDÜR" - İqtisadcı
27-01-2021, 11:28
İmzalanmış Konvensiya enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün yeni imkanlar yaradır
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 23:16
Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsi yaradılır
19-07-2020, 22:31
Daha 23 nəfər gəmi ilə Azərbaycandan Qazaxıstana yola salındı
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
17-07-2020, 23:19
Azərbaycan və Türkiyə arasında əməkdaşlıq məsələləri müzakirə edilib
11-07-2020, 14:47
Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO
11-07-2020, 10:44
SOCAR tenderlər elan edib - SİYAHI
11-07-2020, 10:40
SOCAR-a Rumıniyada beş YDM-nin icarəsi üçün razılıq verilib - VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||















