Sabirabadda iki nəfərin ölümünə səbəb olan sürücü həbs edildi

Dünən – iyulun 7-də Sabirabad şəhərində iki piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, saat 13 radələrində sürücü Kamran Nəsirli idarə etdiyi “Mercedes Benz” markalı avtomobillə Sabirabad şəhəri Muğan prospektində hərəkətdə olarkən yolu keçən piyadalar Banı Əliyeva və qızı Hədiyyəni vurub, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.
İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizaları təyin edilib.
Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub, CM-nin 263.3 maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən “həbs” qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq davam etdirilir.


Tarix: 8-07-2020, 18:00 Oxunub: 157


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930