Göyçayda 23 yaşlı gənci maşın vurdu

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün Cəyirli-Bərgüşad-Ucar avtomobil yolunun 1-ci kilometrliyində qeydə alınıb.
Ləkçılpaq kənd sakini Şaməddin İsayev idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolu keçən piyada, Yeniarx kənd sakini, 1997-ci il təvəllüdlü İbrahim Məmmədovu vurub.
Hadisə zamanı ağır xəsarət alan İbrahim Məmmədov Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Tarix: 10-07-2020, 18:10 Oxunub: 203


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930