Paytaxtın mərkəzində açıq-aşkar qanunsuzluq: “DRAKON” adı altında fəaliyyət göstərən əxlaqsızlıq məkanı ifşa olunur. FAKT


Paytaxtın ən sıx və strateji nöqtələrindən biri olan 20 Yanvar metrosu ətrafında baş verənlər cəmiyyət üçün ciddi narahatlıq doğurur. Redaksiyamıza daxil olan məlumatlara əsasən, “DRAKON” adı altında fəaliyyət göstərən masaj salonu əslində qanunsuz və əxlaqa zidd fəaliyyətlərin mərkəzinə çevrilib. Bu iddialar təsdiqini taparsa, söhbət artıq təkcə mənəvi deqradasiyadan deyil, həm də açıq-aşkar cinayət tərkibli əməllərdən gedir.

Mənbənin bildirdiyinə görə, sözügedən məkana daxil olan kimi burada hökm sürən ab-hava onun adi masaj salonu olmadığını açıq şəkildə göstərir. Burada çalışan şəxslərin müştərilərə müxtəlif “qiymətlər” müqabilində bədənlərini təklif etməsi iddiaları vəziyyətin nə qədər ciddi və qəbuledilməz olduğunu ortaya qoyur. Bu, nəinki milli-mənəvi dəyərlərə ziddir, həm də Azərbaycan qanunvericiliyinə görə ağır hüquq pozuntusudur.

Ən narahatedici məqam isə belə bir fəaliyyətin paytaxtın mərkəzində, insanların gözü qarşısında baş verməsi və buna baxmayaraq uzun müddət davam etməsidir. Bu vəziyyət haqlı suallar doğurur: aidiyyəti qurumlar bu barədə məlumatlıdırmı? Əgər məlumatlıdırlarsa, niyə tədbir görülmür? Yox əgər məlumatsızdırlarsa, bu qədər açıq fəaliyyət necə diqqətdən kənarda qala bilər?

Unutmaq olmaz ki, bu cür fəaliyyətlər çox zaman daha ağır cinayətlərin – xüsusilə insan alveri və istismar hallarının tərkib hissəsi olur. Azərbaycan qanunvericiliyinə əsasən insan alveri ağır cinayət sayılır və ciddi cəza ilə nəticələnir. Belə olan halda, “DRAKON” kimi obyektlərə qarşı operativ və prinsipial tədbirlərin görülməsi zəruridir.

Cəmiyyət olaraq biz bu kimi hallara biganə qala bilmərik. Gənclərin, ailə dəyərlərinin və ümumilikdə sağlam ictimai mühitin qorunması hər kəsin borcudur. Bu tip məkanların fəaliyyəti yalnız bir obyektin problemi deyil, bütövlükdə cəmiyyətə vurulan zərbədir.

Hüquq-mühafizə orqanlarını və aidiyyəti dövlət qurumlarını bu məsələni ciddi nəzarətə götürməyə, araşdırma aparmağa və qanun pozuntuları təsdiqləndiyi halda dərhal tədbir görməyə çağırırıq. Qanun qarşısında hər kəs bərabərdir və heç kim qanunsuz fəaliyyətinə görə məsuliyyətdən yayınmamalıdır. Onu da qeyd edək ki, bu məkanda gigiyena qaydalarına riayət olunmur. 

Eyni zamanda qeyd edirik ki, adı çəkilən tərəfin mövqeyini də işıqlandırmağa hazırıq. Əgər səsləndirilən iddialarla bağlı hər hansı təkzib və ya açıqlama varsa, redaksiyamız bu mövqeyi dərc etməyə açıqdır. Bu, obyektiv və ədalətli jurnalistikanın əsas prinsipidir.


Rahib Fətullayev



Tarix: 29-04-2026, 19:10 Oxunub: 98


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930