MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat

Özbəkistanın Səmərqənd vilayətində "Birlik-2025" birgə regional təliminin koordinasiya toplantısı keçirilib.

Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Təlimə cəlb edilən Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından olan kontingentlərin rəhbər heyəti təlimin tapşırıqları ilə tanış olublar.

Regional təlimin başlanğıc mərhələsi üzrə fəaliyyətlər bölmələr tərəfindən icra edilib.

"Birlik-2025" regional təlimində Azərbaycanın komando və PUA heyətləri təlimin əsas mərhələsinin 20 taktiki epizodu üzrə 14 fəaliyyətin icrasında iştirak edəcəklər.


Tarix: 13-10-2025, 18:41 Oxunub: 129


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930