16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
POLİSİ DÖYƏN DEPUTAT PARLAMENTDƏ ÜZR İSTƏDİ - Ancaq faydası olmadı...(Yenilənib)


Milli Məclisin İntizam komissiyasının bu gün keçirilən iclasında deputat Eldəniz Səlimov çıxış edib. Toplantıda deputat etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib.
E.Səlimov toplantıda çıxışı zamanı uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu və dövlətə xidmət etdiyini qeyd edib. O, səhvini etiraf edərək, deputat həmkarlarından üzr istəyib. Belə bir hadisənin baş verməsinə görə, təəssüfləndiyini söyləyib.
Sonda komissiya üzvlərinin hamısı (11 nəfər) Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.
Məsələ müzakirələrdən sonra parlamentin sabah - avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.
Milli Məclisin İntizam komissiyasının tərkibi aşağıdakı kimidir:
1. İbrahimov Eldar Rza oğlu - sədr;
2. Ağamalı Fəzail Rəhim oğlu - sədr müavini;
3. Həsənov Nurlan Urfan oğlu - katib;
4. İbrahimqızı Məlahət İbrahim qızı;
5. Həsənova Afət Əbil qızı;
6. Məhəməliyev Nəsib Məhəmməd oğlu;
7. Məmmədov Hikmət Baba oğlu;
8. Məmmədov Məşhur Şahbaz oğlu;
9. Möhbalıyev Səttar Suliddin oğlu;
10. Musayev Madər Əliəsgər oğlu;
11. Səfərov Nizami Abdulla oğlu.
***
Milli Məclisin İntizam Komissiyasının iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılıb.
“Report”un xəbərinə görə, toplantıda komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.
Məsələ parlamentin sabah – avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.
***
Milli Məclisin İntizam Komissiyasının iclasında Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimata baxılır.
“Report”un xəbərinə görə, toplantıda komissiya üzvləri ilə yanaşı, Eldəniz Səlimovun özü də iştirak edir.
***
Milli Məclisin İntizam komissiyasının iclası başlayıb.
"Report"un xəbərinə görə, toplantıda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə göndərdiyi təqdimata baxılır.
Komissiya deputatın toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.
Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın ilk iclasında "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələyə baxılacaq.


Tarix: 3-08-2021, 10:07 Oxunub: 546


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930