MİRƏLƏMOV YAP-dan QOVULDU - Partiyadakı vəzifələrindən də çıxarıldı (Yenilənib)

Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov YAP üzvlüyündən xaric edilib. “Report”un xəbərinə görə, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
O, həmçinin YAP-ın Xətai rayon təşkilatının sədri vəzifəsində azad edilib və YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.
Qeyd edək ki, aprelin 21-də sabiq deputat H.Mirələmovun sosial şəbəkələrdə əxlaqsız hərəkətlərinin olduğu videosu yayılıb. 
Həmin görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkildiyi bildirilir. Görüntülər yayıldıqdan sonra H.Mirələmov ADNSU-da kafedra müdiri vəzifəsindən azad edilib.


Tarix: 23-04-2021, 15:16 Oxunub: 190


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930