YAP-ın QADINLAR ŞURASI LƏĞV EDİLDİ - Əvəzində yeni şöbə yaradılıb (Yenilənib)


Yeni Azərbaycan Partiyasında (YAP) yeni şöbə yaradılıb. "Report"un əldə etdiyi məlumata görə, partiyanın Qadınlar Şurasının əvəzinə Mərkəzi Aparatda Gender siyasəti şöbəsi yaradılıb.
Yeni şöbə Qadınlar Şurasının fəaliyyətini həyata keçirəcək.
Qeyd edək ki, YAP-ın Qadınlar Şurası sonuncu qurultayda ləğv edilib.
***
Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib.
"Report"un partiyadan əldə etdiyi məlumata görə, bununla bağlı partiyanın qurultayında qərar qəbul edilib: "Yeni qərarla isə ayrıca bir şöbə yaradılacaq. Həmin şöbənin adının nə olacağı isə hələlik məlum deyil".
Qeyd edək ki, YAP-ın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.
Qurultaydan sonra Ramiz Mehdiyevin kadrı hesab edilən Nurlana Əliyevanı Bahar Muradovanın əvəz etdiyi bildirilmişdi.
Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.


Tarix: 11-03-2021, 14:47 Oxunub: 188


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930