16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
AZƏRBAYCAN DAHA ÜÇ HƏRBÇİNİ ERMƏNİSTANA TƏHVİL VERDİ - "Humanizm siyasətinə uyğun olaraq..."

Azərbaycan daha üç hərbçini Ermənistana təhvil verib. "Report"un xəbərinə görə, bu barədə "Caliber.az" məlumat yayıb.
Bunlar Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır. Onlar Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq geri qaytarılıb.

İstintaq zamanı həmin hərbçilərin Azərbaycana qarşı terror aktlarında iştirak etmədikləri təsdiqlənib.
Erməni hərbçiləri aparmaq üçün Qarabağdakı Rusiya sülhməramlılarınn komandanı general-leytenat Rüstəm Muradov xüsusi hərbi təyyarə ilə Bakıya gəlib. Artıq təyyarə erməni hərbçiləri götürərək Ermənistana yola düşüb və yaxın saatlarda Yerevana çatacağı gözlənilir.
Ancaq onu da qeyd edək ki, Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm siyasətinə Ermənistan tərəfindən eyni prinsiplər ilə cavab verilmir.
Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də gizlədir. Bu ərazilərdə basdırılmış minalar mülki və hərbi şəxslərin ölümü və yaralanmasına səbəb olur.
Həmçinin Ermənistan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş hesab olunan 4000-dən artıq Azərbaycan vətəndaşı barəsində məlumat vermir. Onların əksəriyyəti öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb. Belə məzarlıqlardan biri Kəlbəcərin Başlıbel kəndində müəyyən edilib.
Birinci Qarabağ müharibəsində Ermənistan tərəfdə əsirlikdə olduğu və sağlığı Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də təsbit edilmiş və müxtəlif yazışmalar aparılmış Azərbaycan vətəndaşları barəsində də Ermənistan hələ də məlumat vermir. Yəqin ki, həmin şəxslər işgəncələrlə öldürülüblər.
Belə olan təqdirdə Ermənistan hansı əsaslarla humanizmdən danışır və hətta Azərbaycana qarşı bu mövzu ilə əlaqədar iddialar irəli sürür.


Tarix: 5-05-2021, 14:16 Oxunub: 150


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930