Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Azvision.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Hulusi bəy, Qarabağdakı 44 günlük Vətən Müharibəsi həm Türkiyə-Azərbaycan, həm də türk dünyası üçün yeni reallıqlar yaratdı. Bu reallıqlardan çıxış etdikdə, iki qardaş ölkə, eyni zamanda türk dünyası arasında əməkdaşlığın gələcək inkişafını necə görürsünüz?
-Təbii ki, 44 gündə Azərbaycanımız şanlı bir tarix yazdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın liderliyi, xalqın liderinə verdiyi dəstək, müasir, güclü Ordu və ən əsası şəhidlərmizin qanı ilə torpaqları azad etdik. Qədim türk torpaqlarının 30 ilə yaxın işğalına son qoyuldu. 44 gündə böyük bir zəfər dastanı yazıldı. Bu dastanı yazanlar Ali Baş Komandan İlham Əliyev, Azərbaycan xalqı, Ordusu və şəhidlərimizin qanı oldu. 2900-ə yaxın şəhidimiz var, mülki insanlar arasında 100-ə yaxın şəhidlərimiz olub. Bu, böyük tarixi zəfərdir və bu münasibətlə bir daha Azərbaycanı təbrik edirəm.
Təbii ki, Türkiyə hər zaman can Azərbaycanın yanında oldu. Prezidentimiz, xarici işlər nazirimiz, müdafiə nazirimiz türk xalqı Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan etdi. Azərbaycan haqq etdiyi öz torpaqlarını geri aldı. Bu, çox böyük bir zəfərdir, tarixi hadisədir.
BMT Təhlükəsizlik Şurasının Qarabağa dair məlum 4 qətnaməsi var idi. Daha sonra ATƏT çərçivəsində Minsk qrupu yaradıldı. Həmsədrlər 28 il gəldilər, yedilər, içdilər və geri döndülər, bir ovuc torpağı belə bizə vermədilər. Nəticədə cənab Prezident özü münaqişəni BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həll etdi və həmsədrlər sistemini dəfn etdi. Bu iş bitdi. 10 noyabr anlaşması atəşkəs razılaşmasıdır, barış anlaşması deyil. Bunun sülh anlaşması olması lazımdır.
10 noyabr razılaşması yeni reallıq yaratdı və bu reallığı Ermənistanın da qəbul etməsi lazımdır. Reallıqla barışarsa, Ermənistan inkişaf edə bilər. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Ermənistana əlini uzatdı. Bu əli sıxmaları, hətta düşünürəm ki, bu əli öpmələri lazımdır. Çünki bu əldə çörək var, bu əl erməni xalqına çörək vermək istəyir. O səbəbdən tez bir zamanda bunu qəbul etmələri, ilk növbədə Ermənistanın terror dövləti deyil, yaxşı qonşu olması lazımdır.
44 günlük Vətən müharibəsində Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı qadağan edilmiş bombalardan istifadə etdi. Gəncə, Bərdə və digər rayonları hədəf seçdilər, 100-ə yaxın mülki insan öldürüldü, çox sayda evlər dağıdıldı. Bunları insanlıq, tarix gördü. Bunun da hesabını vermək lazımdır. Çünki onlar müharibə cinayəti törədiblər. Ermənistanın bundan sonrakı dönəmə baxması vacibdir. Regionda 3+3 əməkdaşlıq platforması irəli sürülüb. Bu, önəmlidir və Ermənistan platformaya qatılsa qazanc əldə edəcək. Ona görə də Ermənistanın ağlını başına yığması, kilsə və diasporanın təzyiqlərindən qurtulması önəmlidir.
Bizimlə qonşuluq edəcək Ermənistan istəyirik. Türkiyədə 100 minə yaxın Ermənistan vətəndaşı işləyir, pul qazanır və ölkəsinə göndərir. 60 minə yaxın da erməni əsilli vətəndaşımız var və onlar sülh içində yaşayırlar. Eyni şəkildə Azərbaycanda 30 minə yaxın erməni əsilli şəxsin yaşadığını bilirik. Təəssüf ki, Ermənistanda bir türk, bir Azərbaycan vətəndaşı yoxdur. Bu, çox düşündürücü haldır. Ona görə də ilk növbədə zaman itirmədən Ermənistanın bizimlə əməkdaşlıq etməsi, Zəngəzur dəhlizinin bir an öncə açılıb, fəaliyyət göstərməsi lazımdır. Bu, bölgəyə inkişaf gətirəcək. Biz Ermənistana əlimizi uzatdıq, bu əl indi havadadır və onlar cavab verməyə gecikməməlidir. Çünki bir daha bu əl uzanmaz.
- Zəngəzur dəhlizini qeyd etdiniz. Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir və dəhlizi icra edəcəyik. Bu dəhlizin açılmasının türk dünyasının birləşdirilməsi baxımından əhəmiyyəti barədə nə deyə bilərsiniz?
-Zəngəzur Azərbaycanımızındır. 1920-ci ildə Ermənistana verildi. Bu, tarixi Azərbaycan torpağıdır. Yəni Zəngəzur dəhlizi Azərbaycan və Türkiyəni, türk dünyasını birləşdirəcək. Biz buna böyük önəm veririk. Necə ki, ermənilər Laçın dəhlizindən istifadə edirlər. Kommunikasiyaların, nəqliyyat xətlərinin açılması önəmlidir. 11 yanvar Moskva razılaşması da bunu nəzərdə tutur. Ona görə də vaxt itirmək olmaz. Ermənistan tərəfindən edilən intiqam, revanşist açıqlamalar onlara heç nə qazandırmayacaq. İşi çətinləşdirmək istəyirlər, çətinləşdirməsinlər. Buyursunlar, gəlsinlər bizimlə əməkdaşlıq etsinlər, bundan qazanacaqlar.
- Ermənistan mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Bilirsiniz ki, işğaldan azad edilən ərazilərimizdə bir çox mülki şəxslər, həm də hərbçilər minaya düşərək həyatlarını itirib və ağır yaralanıblar…
-Bu, insanlıq əleyhinə müharibə cinayətidir. Mina xəritləri dərhal Azərbaycana verilməlidir. Ermənistanın arxasındakı güclər bunu etməlidirlər. Rusiya, Fransa qarşı tərəfə təzyiq göstərməlidir. ATƏT nə iş görür? Adı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatıdır. Haradadır təhlükəsizlik? İnsanlar ölürlər, bir insanın ölümü belə böyük itkidir. Ona görə də tez bir zamanda xəritələr verilməlidir.
- İyun ayında Ermənistanda erkən parlament seçkiləri keçiriləcək. Vaxtilə hakimiyyətdə olan, cinayətkar rejimlərə rəhbərlik etmiş şəxslər, məsələn, Robert Koçaryan və digərləri yenidən hakimiyyətə gəlmək niyyətlərini ortaya qoyublar və artıq revanşist, müharibə bəyanatları səsləndirirlər. Ermənistanda hakimiyyət dəyişikliyi olarsa, bu, Qarabağda əldə edilmiş razılaşmalara necə təsir göstərə bilər?
-Düşünürəm ki, razılaşmalar olduğu kimi davam edəcəkdir, yəni dəyişməyə cəsarət etsələr, İrəvan daha artığını itirəcək. Bu anlaşmanın arxasında Rusiya Federasiyası var. Dövlətlərin imzaladığı anlaşmalar hakimiyyətə kim gəlirsə gəlsin, qalıcıdır, yerinə yetirməyəcəyi təqdirdə, cəzasını çəkəcəkdir. Ordusunun 80 faizi məhv edilmiş, insanları ümidsiz, iqtisadiyyatı çökmüş Ermənistan nə edəcək, mən bilmirəm. Biz buna boş sözlər deyirik. Sadəcə gərəksiz, boş mesajlardır. Gəlsinlər, Hərbi Qənimətlər Parkına baxsınlar, hələ orada hərbi texnikalarının bir hissəsi sərgilənir. Türkün səbrini sınamasınlar. Sınayanda, nəticə belə olur. Biz 30 il bu məsələni sülh yolu ilə həll etmək istədik, danışıqlar apardıq, amma gördük ki, 30 il boşa gedib. Həmsədrlər günahkardırlar, bu ölkənin 28 ilini oğurladılar. Nə etdilər, heç nə. Nə etdiklərini desinlər, biz də deyək ki, səhv etmişik. Mən Bakıda səfir olanda da gəldilər, mənimlə görüşdülər. Amma gördüm ki, bunun sonu yoxdur, 4 qətnamə var, ATƏT-in qərarları mövcuddur. Bu işi görmək o qədər asan idi ki… Amma təəssüf ki, etmədilər. Fransanın savaş müddətində tərəf tutduğunu gördük. Fransa özünün günahkar olduğunu göstərdi. Nəticə budur.
Azərbaycan bölgənin ulduzudur və daha da irəli gedəcək. Bu gün Azərbaycan Ordusu türk ordusunun kiçik bir modelidir. Böyük olması şərt deyil, modern olsun. Azərbaycan Ordusunun PUA-larla tankları necə məhv etdiyini dünya gördü. Bizdə olan nə varsa, Azərbaycanındır, bunu hər kəs bilsin. Azərbaycanda olanlar da Türkiyənindir. Biz bir millət, iki dövlətik, zaman- zaman bir millət bir dövlət kimi işləyəcəyik, bir ordu bir mətbuat, bir diaspora olacaq. Artıq gücümüz birləşir, o baxımdam ağıllarını başına yığıb bizimlə əməkdaşlıq etsinlər.
- Hərbi Qənimətlər Parkı ilə bağlı Azərbaycana qarşı bəzi iddialar səsləndirildi. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı?
-Bu, Azərbaycan xalqının haqqıdır. 30 il Azərbaycan torpaqları işğalda saxlanıldı və həmin park böyük zəfərin nəticəsidir. Buna bənzər başqa ölkələrdə də parklar, muzeylər var. Ona görə də kimsə buna yan gözlə baxmasın. Bu park ilk növbədə şəhidlərə böyük hörmətdir, orduya, xalqa mənəvi gücdür. Bu baxımdan Azərbaycanımızın etdiyi hər şey doğrudur. Biz onun arxasındayıq.
- Hulusi bəy, türk dövlətlərinin birləşdiyi Türk Şurasının gələcəyini necə görürsünüz?
- Türk Şurası 44 günlük Vətən Müharibəsində Azərbaycanın yanında olduğunu bir neçə dəfə bəyan etdi. Bu, çox önəmli idi. Ən son 31 martda qeyri-rəsmi Zirvədə müharibə barədə danışıldı və dəstək ifadə edildi. Türk Şurası artıq bir beynəlxalq təşkilat halına gəlir - Türk Dövlətləri Təşkilatı olur. Qarşıdakı zirvədə qərar veriləcək. O baxımdan türk dünyasının gələcəyini mən çox yaxşı görürəm. Azərbaycanla Türkiyənin əməkdaşlığı digər türk dövlətlərini də cəsarətləndirdi. Bu, önəmlidir. Özbəkistandan, Qazaxıstandan baxdıqda, çox əhəmiyyətli inkişaf görürük.
Bu Vətən müharibəsinin bizə qazandırdıqları nədir? Birincisi, Azərbaycanın güclü lideri, sinəsini qadağan edilmiş bombalara açan xalq, şəhidini çiynində son mənzilə yola salan xanım, güclü Ordu, bayraq, Vətən, torpaq, lider sevgisi olan bir xalq. Bura mən onu da əlavə edərdim ki, türk xalqı ilə Azərbaycan xalqı bir-birini daha yaxından tanıdı. Bu, gələcək üçün çox böyük ümid yaradır.
Türkiyədə Azərbaycanı tanımayan insanlar var idi, müharibə günlərində onların hamısı Azərbaycanı tanıdı. Eyni şəkildə Azərbaycan xalqı da türk xalqını tanıdı, ayrıca iki dövlət arasındakı etimad artdı, liderlər qardaşlıq nümunəsi göstərdi. Türkiyə ilə Azərbaycan əkiz qardaşdır, digər türk dövlətləri bizim qardaşlarımızdır. Bu qardaşlıq bundan sonra daha da möhkəm olacaq, Qarabağ inkişaf edəcək. Qarabağda yollar salınır, Füzuli hava limanı tikilir, türk şirkətləri burada iştirak edirlər. Türk şirkətləri dünyada Çindən sonra öz işinə, surətli fəaliyyətinə görə ikinci sıradadır. Türkiyə öz təcrübəsini hər zaman Azərbaycanla bölüşməyə hazırdır. Şirkətlərimiz Türkiyədə necə işləyirlərsə, burada da elə işləyəcəklər.
- Qarabağ müharibəsində “İsgəndər” raketlərindən istifadə edildiyi təsdiqləndi. Amma məsələyə hələ rəsmi səviyyədə aydınlıq gətirilməyib. Sizcə, günahkar tərəf bunu etiraf edəcək?
- Rusiya inkar edir, Ermənistan əvvəlcə "atdıq" dedi, daha sonra inkar etdi. Belə olanda raket özbaşına göydən gəlməyib ki?! Yəni kim atıbsa, hesabını verməlidir. Bunun savaş bitdikdən sonra atılması müharibə cinayətidir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Hulusi-Kılıç Türkiyə Səfir
12:59 / 19-01-2025
Büdcəni belə talayıblar – Naxçıvan səhiyyəsində fantastik əməkhaqqı
15:52 / 09-01-2025
Yeni ilin ilk günləri Xətaidə hər iş ürəkacandır... - MKTB-nin rəisi görülən işlər barədə danışır
19:38 / 28-12-2024
101 nömrəli məktəbdə "XEYRİYYƏ" yarmarkası nəyə hesablanmışdı?
13:21 / 24-12-2024
İcra başçısına arxalanan "hegemon" iş adamı kimdir?
14:58 / 20-12-2024
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
12:04 / 20-12-2024
Ədalətli mövqe kiməsə sərf etdi-etmədi deyil, real olanı danışmaqdır - MÖVQE
10:51 / 12-12-2024
Bugünkü firavan, azad həyatımızın banisi - Əvəzsiz şəxsiyyət, ümummilli lider Heydər Əliyev!
11:00 / 09-12-2024
Həkimləri Azərbaycandan qaçaq salan ilginc səbəblər... - Məsələ təkcə sosiskada deyil
15:26 / 05-12-2024
İcra başçısı jurnalisti məhkəməyə verdi
14:34 / 28-11-2024
Hacı Məhərrəm “Qurtuluş”dan milyonlar qazanır, amma…
21:23 / 25-11-2024
Qaz limiti ilə bağlı təklif – ARTIRILSIN!
21:00 / 25-11-2024
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
18:01 / 25-11-2024
"Azərbaycan Atabəyləri" filmindən YENİ GÖRÜNTÜLƏR
10:44 / 25-11-2024
Aptek müdürü işçisini vəhşicəsinə döydü - anbaan VİDEOLAR
14:17 / 20-11-2024
Ümummilli lider Heydər Əliyevin özünün dediyi kimi YAP “dünənin, bu günün və sabahın partiyası”dır
13:45 / 12-11-2024
Ermənistan sürətlə silahlanır: “Akash”lar göndərildi
13:30 / 12-11-2024
Azərbaycanda Konstitusiya Günüdür
13:25 / 12-11-2024
COP29-un liderlər sammitinin açılışı: Prezident çıxış etdi – VİDEO
13:20 / 12-11-2024
ABŞ-da seçki keçirildi, amma biz indi Bakıdayıq - Con Podesta
15:26 / 11-11-2024
Başsiz qalan Cəlilabad meşələri - FOTO
13:49 / 08-11-2024
Təranə Güləliyeva: "Bu gün xalqımız bu böyük, tarixi qələbənin xoşbəxtliyini və sevincini yaşayır"
20:17 / 05-11-2024
Mehman Əliyev: "Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu"
15:12 / 05-11-2024
Cəlilabad meşələrində ciddi "soyqrım" halı yaşanır
12:12 / 04-11-2024
İrəvan-Bakı qarşıdurmasına son qoymalıyıq – Zahid Oruc
10:54 / 19-10-2024
Fars-molla rejimi İrandakı xalqları ZƏRBƏ ALTINDA QOYUR
14:14 / 14-10-2024
Yaxın Şərq yenidən qurulacaq, süni dövlətlər yaradılacaq - Şok xəritə
11:17 / 08-10-2024
Kəşfiyyat "ŞEF"ləri Azərbaycana nə üçün gəlib? - SENSASİON DETALLAR
12:23 / 02-10-2024
Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir
10:08 / 30-09-2024
7 saylı Bərdə Ərazi İdarəsinin rəisi Vüqar
Hulusi Kılıç: “Bizim nəyimiz varsa, hamısı Azərbaycanındır” - MÜSAHİBƏ
Bölməyə aid digər xəbərlər
“Bizimlə normal qonşuluq edəcək Ermənistan istəyirik”
Tarix: 24-04-2021, 08:02 Oxunub: 187
Bölməyə aid digər xəbərlər
14-11-2020, 13:50
Azərbaycan bütün dünyaya regionun yalnız iqtisadi baxımdan deyil, həm də hərbi-siyasi kontekstdə ən güclü dövləti olduğunu göstərdi - Tural Hüseynli
8-09-2020, 16:24
Elvin Seyidli: "Azərbaycan ordusu bu gün nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır"
27-07-2020, 23:24
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək - VİDEO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 09:20
“Acıbadem”dən COVID-19-a qarşı Bakıya qardaş əli
26-07-2020, 16:57
İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi - FOTO
25-07-2020, 21:41
Türkiyədən ordumuza yeni texnikalar gətirilib - VİDEO
25-07-2020, 12:41
Toğrul Qafarlı Belçikada erməni təcavüzü barədə: “Biz hər cür təxribata hazır idik, amma beləsinə yox”
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 23:16
Azərbaycanda BMT-nin Miqrasiya üzrə Şəbəkəsi yaradılır
20-07-2020, 22:06
Polad Bülbüloğlu: “Ermənistan Rusiyanı münaqişəyə cəlb etməyə çalışır” - YENİLƏNİB + VİDEO
20-07-2020, 17:55
Tovuz döyüşlərinin dərsləri - TƏHLİL
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
17-07-2020, 18:39
Dünya azərbaycanlıları ayağa qalxdı - VİDEO
15-07-2020, 10:40
Bakıda möhtəşəm Orduya dəstək yürüşü və... arzuolunmaz sonluq
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU