16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Qəzaya uğrayan təyyarədə necə sağ qalmalı? – TÖVSİYƏLƏR

Təyyarə bələdçilərinin sözlərinə görə, fövqəladə vəziyyətlərdə sağ qalma ehtimalını artırmaq üçün hava gəmisinin göyərtəsində davranış qaydalarını bilmək vacibdir.
“Express” nəşri yazır ki, ilk növbədə təyyarədə əyləşərkən oturduğunuz yerlə qəza çıxışı arasındakı məsafəni müəyyən etmək lazımdır. Bunun üçün çıxışa qədər olan sıraların sayını dəqiqləşdirin.
“Sıraların sayını dəqiq bildikdən sonra, göyərtə tüstü ilə dolsa belə, qəza çıxışını tapmaq asanlaşır. Bu, çıxışı kor-koranə axtarmaqdan daha yaxşıdır”, - təyyarə bələdçisi bildirib.
Eyni zamanda, sərnişinlərə təyyarə bələdçilərini izləmək məsləhət görülür. Misal üçün, təyyarə ən güclü turbulentlik zonasına daxil olsa belə, bələdçilər çox sakit görünür, çünki belə vəziyyətlərə alışıblar. Fəqət bələdçilər də pis gizlədilən təşviş içindədirsə, bu zaman narahat olmağa dəyər.
Mütəxəssislər bildirirlər ki, təyyarə qəzasına düşmək şansı 1-in 5,4 milyona olan nisbətinə bərabərdir. Buna görə də, uçuşdan əvvəl xüsusi təlaşa gərək yoxdur.


Tarix: 26-07-2020, 09:49 Oxunub: 97


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930