Azərbaycanda “Mercedes” 38 yaşlı velosipedçini vurub öldürdü

Masallıda maşın 38 yaşlı velosipedçini vuraraq öldürüb.
Oxu.Az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Boradigah qəsəbəsində qeydə alınıb.
24 yaşlı Mahir Vəlizadənin idarə etdiyi “Mercedes” markalı avtomobil yolun kənarında olan velosipedçi, 38 yaşlı Elnur Zülfüqarovu vurub. Yaralı ağır dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılan zaman yolda ölüb.
Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 24-07-2020, 10:54 Oxunub: 97


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930