Daha 201 həmvətənimiz Moskvadan Bakıya gətirildi - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün daha bir çarter reysi ilə Moskvadan COVID-19 pandemiyası səbəbindən Rusiyada qalmış soydaşlarımızı gətirib.
AZAL-dan verilən məlumata görə, reys ilə 201 nəfər soydaşımız Azərbaycana geri qayıdıb.
Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.
Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.


Tarix: 26-07-2020, 21:25 Oxunub: 171


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930