Daha 197 Azərbaycan vətəndaşı Bakıya gətirildi - FOTO

İyulun 19-da axşam saatlarında AZAL Moskvadan daha bir çarter reysi həyata keçirib.
AZAL-dan Oxu.Az-a verilən məlumata görə, 197 nəfər Azərbaycan vətəndaşı Rusiyanın paytaxtından Bakıya gətirilib.
Reysə COVID-19 testinin mənfi nəticəsini bildirən arayış təqdim edən sərnişinlər buraxılıb. Bakıya gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid rejimində olmalıdırlar.
Xatırladaq ki, çarter reysləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən hazırlanmış plana əsasən həyata keçirilir.


Tarix: 19-07-2020, 22:42 Oxunub: 145


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930