Almatıdan 117 azərbaycanlı Vətənə gətirildi - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı həmvətənlərin ölkəmizə qayıtması üçün çarter reyslərini yerinə yetirməyə davam edir. 
Aviaşirkətdən Oxu.Az-a verilən məlumata görə, iyulun 24-də AZAL-ın çarter reysi ilə 117 Azərbaycan vətəndaşı Almatadan vətənə gəlib.
 
Həmin reysə yalnız COVID-19 testinin neqativ nəticəsi barədə arayış təqdim edən sərnişinlər buraxılıb. Ölkəyə gəldikdən sonra bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində olmalıdırlar.
 
Xatırladırıq ki, çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın əvvəlcədən razılaşdırılmış planı əsasında həyata keçirilir.


Tarix: 24-07-2020, 22:02 Oxunub: 190


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930