Cəlilabad meşələrində ciddi "soyqrım" halı yaşanır

Ölkəmiz COP29 tədbirinə ev sahibliyi edəcək və həmin tədbirin keçirilməsinə saylı günlər qalıb,  amma buna baxmayaraq bəzi işbazlar bu tədbirə bir başa maneə törədib kölgə salmaq istəyirlər.

Cəlilabad rayonun Ağdaş kənd sakinlərinin "mediatv".az  saytına verdiyi məlumata görə 11 saylı Meşə Təsərrüfatı Mərkəzinin Göytəpə meşəbəyliyinin 12 saylı meşə dolayında adları "Qırmızı Kitab"a salınmış orta və iridiametrli ağac cinsləri(şabakıdyaroaq palıd , azad və s) material kimi kəsilərək Göytəpə və Masallının  Xocavar kəndindəki sexlərə  daşınır.

Bir neçə il bundan öncə Cəlilabad rayonunda mebel sexləri yox idi ,  amma artıq iki ildir ki,  Cəlilabad ərazisində də yerli meşə məhsulundan istifadə edən mebel sexləri açılıb.

Sakinlərin  iddiasına  görə bu soyqrımın başında 11 saylı  Regional Meşə Təsərrüfatı Mərkəzinin mühafizə üzrə direktor müavini  Rahib Ağayev durur. 12 saylı dolayın gözətçisi Xaləddin Salayevə bir başa Rahib Ağayev "faydalıq" edir.

P.S. Ərazidə çəkilmiş fotoşəkillərdən də göründüyü kimi 12 saylı dolayda həqiqi "soyqrım"   işləri gedib.

Qarşı tərəfin mövqeyin  dinləyib dərc etməyə həmişə kimi hazırıq.






















































QAYNARXEBER.AZ

Tarix: 5-11-2024, 15:12 Oxunub: 308


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930