ÜZ AYDA ÜC İLİN İŞİNİ GÖRƏN MƏKTƏB DİREKTORU - Pedaqoq-alim Sevər xanım Agayeva

Təhsil elə bir sahədir ki, hər bir ailəyə aidiyyatı var. Bəlkə elə buna görədir ki, elə ən çox tənqid olunan sahə də təhsildir. Çünki təhsil hər an gözümüzün önündədir.Müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir. Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır.

İLK MÜSAHİBİM...

(Lənkəran rayon, Liman şəhərində yaşayan bir tanış valideyinin dediklərindən)
“Mənə görə, indi məktəb seçimi ən çətin məsələlərdəndir. Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, Lənkəranda bu istəklərə cavab verən məktəblər o qədər də çox deyil. Ancaq mən seçimimi etmişəm. Övladlarım Lənkəran rayon, Liman şəhər İ.Mahmudov adına 1 saylı orta məktəbində təhsil alırlar. Tam əminliklə deyə bilərəm ki, orada təhsilin keyfiyyətindən tutmuş, tədris, təlim-tərbiyə, müəllimlərin ciddi tələbkarlığı, onların şagirdlərə yanaşmasına qədər hər şey yüksək səviyyədədir. Şəxsən bu göstəricilər məni qane edir. İndi valideynlərin ən çox şıkayətləndiyi məsələ uşaqların məcburən dərs oxumasıdır. Bu məktəbdə isə təhsil alan şagirdlərə bunun üçün heç bir məcburi üsul tətbiq edilmir. Məktəbdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var. Bütün dost-tanışların fikirlərinə rəğmən onu deyə bilərəm ki, mən uşaqlarımın təhsil aldığı yerdən çox məmnunam. Bu məsələdə direktor Sevər Agayevanın böyük əməyi var. Buna görə Sevər  xanıma ancaq və ancaq təşəkkür edirəm. Orada əsl təhsil ab-havası var. Və övladlarının təhsilindən narazı olan dostlara Liman şəhər İ.Mahmudov adına 1 saylı orta məktəbini məsləhət görürəm. ”.

İLK TANIŞLIQ...
Ağayeva Sevər Adil qızı 11 iyun 1974-cü ildə Lənkəran rayonunun Rvo kəndində anadan olmuşdur.1981-1991-ci ildə Rvo kənd orta məktəbində orta təhsilini almışdır.1992-ci ildə Lənkəran Dövlət Universitetinin “təbiyyat” fakültəsinin “qiyabi” şöbəsinə daxil olmuş və 1993-cü ildən Kərgəlan kənd orta məktəbində biologiya müəlliməsi işləmişdir.1998-ci ildə universiteti bitirmiş və 2000-ci ildə Lənkəran Dövlət Universitetinin “botanika” və “zoologiya” labaratoruiyasının müdirəsi işləmişdir.2006-cı ildə Lənkəran Dövlət Universitetində musabiqə yolu ilə müəllim seçilmiş və 31 may 2010-cu ildə «Hirkan Milli parkınının meşələrində Mikoriza əmələ gətirən göbələklər”ə aid disertasiya işi mudafiə etmiş və AMEA-nın Mikrobiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Nömrə - 01222 bildirilmiş disertasiya şurasının qərarı ilə biologiya sahəsində “fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.2012-ci ilə qədər Lənkəran Dövlət Universitetində müəllim vəzifəsində çalışmışdır. 2012-ci mart ayının 8-dən S.Əliyev adına Haftoni qəsəbə orta məktəbinə direktor təyin edilmişdir. Sevər Ağayeva Haftoni məktəbinə direktor təyin edildikdən sonra Haftoni məktəbində canlanma müşahidə olunmağa başlanmışdır. Haftoni məktəbində işlədiyi müddətdə Sevər xanım qısa müddətdə məktəb kollektivinin və rayon rəhbərliyinin dərin hörmətini və rəğbətini qazanmış və yaxşı işinə görə rayon rəhbərliyindən dəfələrlə təşəkkür almışdır. Hazırda 3 aydır ki, Lənkəran rayon, Liman şəhər İ.Mahmudov adına 1 saylı orta məktəbinə başcılıq edir. Bu az müddət ərzində geridə qalan bir məktəbi dircəltmək, nümunəvi təhsil ocagına cevirmək asan məsələ deyildir. Deməli ugur qazanmaq gərgin zəhnət tələb edir. Bir də vəzifə məsuliyyəti. İndi bu ümumtəhsil müəssisəsi sözün həqiqi mənasında uğurları ilə öyünə bilən təhsil ocaqlarındandır. Burada təhsilin keyfiyyəti, nizam-intizam yüksək səviyyədədir. Təhsil müəssisəsində bilikli və təcrübəli müəllimlər çalışır, onlar bacardıqlarını öz şagirdlərindən əsirgəmirlər.
Məktəb çox səliqəlidir. Sinif otaqları təzə parta, stol və stullarla, dərs ləvazimatı ilə təchiz olunub. Otaqlarda hər bir fənnə aid lövhələr asılıb. Ümumi zalın divarında isə milli qəhrəmanlarımızın portretləri, "20 Yanvar", Xocalı faciəsi ilə bağlı fotolar asılıb.  Bir jurnalist kimi  məktəbin qayğıları, sosial problemləri ilə maraqlandıq. Sevər xanım nə qədər mehriban, səmimi görunsə də, bir o qədər də ciddidir. Öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, olduqca tələbkardır. Ona görə də məktəbdə nizam-intizam yüksəkdir.

Direktor bizi təhsil ocağı ilə tanış edərək dedi: "Məktəbimizdə adətən şagirdlərin davamiyyəti yüksəkdir. İcazəsiz dərsdən qalmaq və gecikmə hallarına yol verilmir. Dərslərinə zəif hazırlaşan şagirdlərin valideynləri ilə mütəmadi görüşlər keçirir və bu haqda onlara məlumat veririk. Fənn müəllimlərimizin və valideynlərin köməyi ilə yaxşı oxuyan və əlaçı şagirdlərin sayı artır. Qazandıgımız yaxşı nəticələr müəllim və şagird kollektivini daha da ruhlandıraraq dərsin keyfiyyətinə, şagirdlərin biliklərinin artırılmasına müsbət təsirini göstərib."

Öyrənirik ki, “Sabahın alimləri” XII Respublika Müsabiqəsində iştirak üçün Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrin şagirdləri tərəfindən təqdim edilən layihələrdən Elmi Ekspertiza Komitəsi tərəfindən təsdiqlənmiş və növbəti mərhələdə iştirak hüququ qazanan komandaların adları elan olunub. Tibb və sağlamlıq istiqaməti üzrə  Liman şəhəri İ.Mahmudov adına 1 saylı tam orta məktəbin  IX sinif şagirdləri İsgəndərli Səccad Möhsüm oğlu və Niftizadə İsa Fikrət oğlu mübarizə aparacaqlar. Məktəbin IX sinif şagirdi İsgəndərli Səccad Möhsüm oğlu 22 yanvar 2023-cü il tarixində Dəyər Nəşrlərinin keçirdiyi bilik yarışında 382.95 bal toplayaraq Respublika finalçısı olmuşdur. 

Qeyd edək ki, məktəbdə layihə tipli dərslər gecirilməsinə start verilib. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ələkbərova Sevda İbad qızının təşkilatçılığı ilə "VƏTƏN ÖZ QƏHRƏMANLARINI UNUTMUR" mövzusunda layihə tipli dərs ugurlu olmuşdur. Qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla anıldıqdan sonra şagirdlər dərsi Əlif Hacıyevə həsr olunmuş "Son güllə" əsəri ilə başlayıb, hazırladıqları layihə işlərini təqdim ediblər. Sonda isə Səməd Vurğunun "Ananın öyüdü" şeirini səhnələşdiriblər.  

21-22 yanvar 2023-cü il  tarixlərində 20 yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Lənkəran rayon "Təhsil İdman Mərkəzinin" birinciliyində məktəbin şagirdləri Quluzadə Rza Əziz oğlu və Məmmədov Murad Elçin oğlu I yerə, Səlimli Surac İlqar oğlu, Eyvazov Cavanşir Anar oğlu, Eyvazov Vüqar İlqar oğlu, Şirəliyev Murad Saleh oğlu isə II yerə layiq görülmüşdür.
Şagirdlərdə səmərəli və effektli qiymətləndirmənin həyata keçirilməsi,  təhsilverənlərin rəqəmsal bacarıqlarının formalaşdırılması, təhsilalanların qiymətləndirilməsini çevik formada təşkil edilməsi məqsədilə məktəbdə BSQ -lərin elektron qaydada keçirilməsinə start verilmişdir. E-BSQ -lərin təşkili forması və vaxtı nəzərə alınaraq BSQ qrafiki hazırlanmış, yoxlayıcı və nəzarətçi komissiyanın tərkibi  müəyyənləşdirilmişdir.   

Məktəbdə təhsilin bütün pillə və səviyyələrində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas prinsip olaraq götürülür. Təlim-tərbiyə prosesimiz zəngin ənənələrimizə, milli-mənəvi və ümümbəşəri dəyərlərə əsaslanır. Məktəbdə keçirilən məktəbdaxili və sinifdənxaric tədbirlər, müsabiqə və yarışlar şagirdlərimizin əqli inkişafına, dünyagörüşlərinin genişlənməsinə, mənəvi cəhətdən kamilləşməsinə xidmət edir. 
Maraqlı tədbirlər, təhsilə yeni yanaşma bir deyil, onlarladır. Elə gün olmaz ki, məktəbdə yeni bir ugura imza atılmasın.Sözsüz ki, bu qələbələrin qazanılmasında direktor Sevər xanım əməyi böyükdür.
Bəli, ömrünü balalarımızın işıqlı sabahı yolunda şam kimi əridən təcrübəli pedaqoq-alim Sevər Agayeva təkcə müəllim kollektivinin deyil, eyni zamanda şagirdlərin də əzizinə, doğmasına çevrilmişdir. Onun gərgin fəaliyyəti geniş və ürəkaçandır. Direktoru oldugu məktəbin inkişafındakı böyük irəliləyişlərdən söz düşəndə Sevər xanım deyir: “Bu, hələ harasıdır. Qarşıda böyük layihələr və inkişaf tendensiyaları durur. Məqsədimiz məktəbimizi birincilər sırasına çıxarmaqdır”. 

YAZIYA KİCİK SÖZARDI:
Yol boyu ikirləşirəm ki, 45 dəqiqə ərzində şagirdlərə biliyi, informasiyaları çatdıra bilmək əsl fədakarlıqdır. Azərbaycan dilinin incəliklərinə vararaq onları şagirdlərə təqdim etməsi mənə vaxtilə Heydər Əliyevin ana dilimizlə bağlı dediyi fikirləri xatırlatdı: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Düşünürəm ki, biliklə pedaqoji təcrübə birləşəndə nəticə uğurlu olur. Belə müəllimlər çoxaldıqca təhsilin səviyyəsi zaman-zaman yeni inkişafa qədəm qoyur. Bu yerdə türk dünyasının görkəmli filosofu Əbu Turxanın da fikirlərinə istinad etməyə bilmirəm: “Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar”. 
Bu fikirləri ən çox təhsil sahəsində çalışan bilikli, təcrübəli müəllimlərə aid etmək daha doğru olar. Çünki müəllim cəmiyyətin sütunudur. O, nə qədər bacarıqlı, istedadlı, peşəsinə sədaqətli olsa gələcəyimizdən arxayın ola bilərik. Bütün bunların bariz nümunəsi təcrübəli pedaqoq Sevər Agayevanın direktoru olduğu 1 saylı orta məktəbin timsalında gördüm. Bu fikirləri ifadə etməkdə məqsədim budur ki, qoy təhsil sahəsində çalışanların hər biri bu məktəbin uğurlarından xəbərdar olsun. Mən də məktəbin bütün kollektivinə, müəllim kontingentinə can sağlığı və uğurlar arzulayıram!


SADİQ,
Qaynarxeber.az

Tarix: 20-02-2023, 17:12 Oxunub: 623


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930