Bakı Ağır Cinayətlər Məhkəməsinin hakiminin koronavirusa yoluxmadığı məlum olub - Yenilənib


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev koronavirusa yoluxmadığı məlum olub.
Məhkəmədən “Report”a bildirilib ki, hakimin koronavirus testinin nəticəsi neqativ çıxıb.
***
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev koronavirusa yoluxub.
"Report"un xəbərinə görə, bu gün hakimin koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Nəticədə S.Əliyevin icraatında olan məhkəmə işləri təxirə salınıb.
Bundan başqa, S.Əliyevlə eyni tərkibdə olan hakimlər Eldar İsmayılov və Cavid Hüseynovun da icraatında olan cinayət işləri təxirə salınıb.
Qeyd edək ki, daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadə də koronavirusa yoluxub.


Tarix: 31-08-2021, 12:59 Oxunub: 321


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930