16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Koronavirusa yoluxmuş Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb - AÇIQLAMA

Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov sosial media hesabında Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti ilə bağlı məlumat verib.
O qeyd edib ki, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri 36 yaşlı Cavid Paşayevin səhhətində son günlərdə bütün müalicələrə baxmayaraq, pisləşmənin müşahidə olunması, oksigen saturasiyasının kəskin şəkildə aşağı düşməsi və həkimimizə EKMO cihazından istifadə ehtimalı yarandığına görə iki gün əvvəl Mərkəzi Gömrük Xəstəxanasının Reanimasiya şöbəsinə transfer olunub:
“İlk 24 saat ərzində səhhətində mənfiyə doğru çox şiddətli dəyişiklik olması bizim EKMO hazırlıqlarını etməyimizə səbəb oldu. Lakin dünən axşam saatlarından etibarən, xəstədə arzuolunan müsbət dinamika müşahidə olunduğuna görə hələ ki, EKMO cihazı istifadə edilmədən, süni tənəffüs aparatında dərin koma şəraitində müalicəsinin aparılmasına qərar verilib.
Cavid həkimin müayinələrində ağciyər tutulmasından əlavə, bu günlərdə çox nadir görünən “Pneumomediastinum və dərialtı empizema"nın olması, işimizi daha da çətinləşdirir. Bütün mövcud problemləri nəzərə alaraq, çox ciddi təqib altında və hər an yarana biləcək situasiyalara görə hazırlıqlar görülmüş vəziyyətdədir. Ümid və arzu edirik ki, ən qısa zaman ərzində müalicəsində əldə etdiyimiz müsbət nəticələri sizlərlə paylaşaq.
EKMO cihazının istifadə olunub-olunmamasının qərarı isə, klinik və labarator gedişata görə mütəmadi qiymətləndirmə əsasında veriləcək. Bu barədə yenilik olarsa, xəstəxanamızın mətbuat xidmətindən və eləcə də "Facebook" səhifəmizdən ictimaiyyətə məlumat veriləcək”. 
R.Mahmudov onu da qeyd edib ki, Cavid Paşayevin timsalında bu gün yüzlərlə xəstə xəstəxanalarda müalicə olunur:
“Əgər koronavirusu insanlığa qarşı bir müharibə adlandırırıqsa, Cavid Paşayev də bu müharibədə ön cəbhədə olan, gecə-gündüz demədən mübarizə aparan bir sərkərdə, bəlkə də generalımızdır. Cavid həkimin vəziyyəti başda Mehriban xanım olmaqla, ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu həm də ayrı bir məna kəsb edir. Müharibələrdə yaralanmış generalın yaşadılması həm də psixoloji hadisədir. Bu qədər çətin və ümidsiz vəziyyətdən çıxaraq ayağa qalxacaq Cavidlər həm də bu gün, bu mübarizəni ön cəbhədə əzmlə davam etdirən həkimlərimizə və səhiyyəçilərimizə stimul verəcəyi inancındayam”.  


Tarix: 11-07-2020, 20:15 Oxunub: 123


Bölməyə aid digər xəbərlər


«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031