Sabunçudakı 307 nömrəli tam orta məktəbdə üzə çıxan problemlər təhsil mühitini zədələyir - MÖVQE

Bakının Sabunçu rayonundakı 307 nömrəli tam orta məktəbin direktoru Nizami Qasımzadənin rəhbərliyi altında fəaliyyət göstərən təhsil müəssisəsi son illərdə müxtəlif tənqidi baxışların obyektinə çevrilmişdir. Valideynlərin, müəllimlərin və bəzən şagirdlərin narazılıqları artıq səssiz qala bilmir. Təhsil cəmiyyətin bünövrəsi olduğu halda, rəhbərlik problemləri ictimai diqqətdən kənarda saxlamaga calışır.

Düzdür, Nizami müəllimin rəhbərliyi altında az da olsa məktəbdə tədrisin keyfiyyətinin artırılması məqsədilə tədbirlər həyata keçirilmişdir. Məsələn, 2024/2025-ci tədris ilinin I yarımili üzrə Pedaqoji Şura iclasında şagirdlərin akademik göstəricilərində əvvəlki illərlə müqayisədə artım müşahidə olunduğu bildirilmişdir. Lakin məktəbdə tədrisin keyfiyyətinin davamlı olaraq yüksək səviyyədə saxlanması ücün əlavə tədbirlərin görülməsi canki unudulub.

Məktəb rəhbərliyi tərəfindən vətəndaş qəbulu təşkil edilmiş və bu prosesdə elektron sistemlər üzrə maarifləndirmə işinin təşkili nəzərdə tutulmuşdur. Ancaq bəzi valideynlər və şagirdlər tərəfindən məktəb rəhbərliyi ilə əlaqə qurmaqda çətinliklər yaşandığı bildirilmişdir. Bu vəziyyət, məktəb rəhbərliyinin kommunikasiya kanallarının daha da təkmilləşdirilməsini tələb edir.

Təəssüf ki, məktəb rəhbərliyi müəyyən məsələlərə yanaşmalarını daha şəffaf və inklüziv etmir. Məsələn, tədris proqramlarının və qiymətləndirmə metodlarının şagirdlərin fərdi ehtiyaclarına uyğunlaşdırılması məktəb rəhbərliyinin diqqət yetirməli olduğu sahələrdən biridir. Həmçinin, müəllimlərin peşəkar inkişafı üçün daha geniş təlim və seminarların təşkil edilməsi tədris keyfiyyətinin artırılmasına töhfə verə bilər.

Məktəbdə yaradılan sosial-psixoloji mühitin zəifliyi, həm şagirdlərin, həm də müəllimlərin emosional durumuna təsir göstərir. Psixoloq xidmətlərinin formal şəkildə fəaliyyət göstərməsi, şagirdlərin və müəllimlərin ehtiyaclarının dinlənilməməsi məktəb mühitində ümumi narazılıq yaradır. Direktordan gözlənilən isə belə halların qarşısını almaq üçün effektiv tədbirlər görməkdir.

Qeyd edək ki, Nizami Qasımzadənin rəhbərliyi ilə Sabunçudakı 307 nömrəli tam orta məktəbdə üzə çıxan bu problemlər, təəssüf ki, təhsil mühitini zədələyir. Bir təhsil müəssisəsinin az da olsa uğurları olsa da əsas göstərici oradakı tədrisin keyfiyyəti, pedaqoji mühit və idarəetmənin effektivliyinin cox aşagı səviyyədə olmasıdır. Bu səbəbdən, aidiyyəti qurumların vəziyyəti araşdırması və zəruri islahatlar aparması zəruridir. Təhsil bir xalqın gələcəyidir. Ona görə də hər bir məktəbdə şəffaflıq, ədalət və inkişaf yönümlü idarəetmə prinsipləri hökm sürməlidir. Əks halda, belə məktəblər cəmiyyətin inkişafına deyil, durğunluğuna xidmət etmiş olar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Ardı var.


QaynarXeber.az

Tarix: 27-05-2025, 14:21 Oxunub: 318


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930