Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət məktəbində qanunsuzluq, özbaşınalıq baş alıb gedir.
Qaynarxeber.az-ın elektron poctuna daxil olan məlumatda bildirilir ki, tez-tez dərs bölgüsü, saathesabı dərslər və s. görə, musiqi məktəbində qalmaqal yaşanır:
"Texniki işçilərin bəziləri məktəbdə görünmür, onların maaş kartı cənab direktor Bəhruz Həşimovun cibində olur. Burada işləyən müəllimlərin əmək haqqından hər ay 20-25 manat pul tutulur, niyəsi bilinmir. Bundan əlavə məktəbə qəbul olunmaq istəyən şagirdlərin valideynlərindən də xeyli miqdarda rüşvət alınır".
Bəs görəsən Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin müvafiq qrumları bu biabırçılıqları görmür ?
Bəs, təzə mədəniyyət nazirimiz necə ?
Məlumat üçün qeyd edək ki, məktəb 1968-ci ildən dahi bəstəkar Qara Qarayev İsmayıllı rayonunda Ali Sovetə deputat seçilərkən onun təşəbbüsü ilə açılmışdır. Yeddi illik uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Həmin illərdə Lahıc və Bsqal kəndlərində filiallar fəaliyyət göstərib. 1982-ci ildən Uşaq İncəsənət məktəbi və 1995-ci ildən isə şəhid Fazil Əzimov adına Uşaq İncəsənət məktəbi adını almışdır. Hazırda İvanofka kənd korpusu fəaliyyət göstərir.
Ardı var.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bölməyə aid digər xəbərlər