Ağsuda şagirdi olmayan məktəb - Nüydü kənd orta məktəbi formal fəaliyyət göstərir?


Ağsu rayonunun Nüydü kənd orta məktəbi formal fəaliyyət göstərir. 

Bu barədə Qaynarinfo-ya kənd sakinləri bildirib. Onların sözlərinə görə, məktəbdə demək olar ki şagird yoxdur. 

"Özləri şagird sayını şişirdiblər, saxta adlar yazıblar və s.”, deyə sakinlər əlavə edib. 

Onlar bildirib ki, məktəbin direktoru Qənirə Əzizovadır. O, 2012-ci ildən bu vəzifədə çalışır. Qənirə Əzizovadan əvvəl isə direktor vəzifəsində Zabit Əzizov işləyib. 

"Zabit Əzizov hazırda Nüyüd kənd bələdiyyəsinin sədridir. Qənirə Əzizova onun həyat yoldaşıdır. Zabit Əzizov bələdiyyə sədri olduqdan həyat yoldaşını direktor təyin etdirib. Şagirdlərin sayını şişirtməklə məktəbin bağlanmasının qarşısını almağa çalışırlar ki, Qənirə Əzizova işsiz qalmasın”, deyə sakinlə vurğulayıb. 

Onların sözlərinə görə, bu məsələdə Zabit Əzizova icra başçısının birinci müavini Füzuli Kərimlidir.

Bu iddialarla bağlı Füzuli Kərimlinin mövqeyini çalışsaq da, mümkün olmayıb. Zabit Əzizov və Qənirə Əzizova ilə də əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb. 


Tarix: 8-09-2023, 18:14 Oxunub: 830


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930