AZƏRBAYCANDA YOLUXMA YENİDƏN KƏSKİN ARTDI - Ölüm sayı da sürətlə artır


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 322 yeni yoluxma faktı qeydə alınıb, 847nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 373 175 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 340 174 nəfər müalicə olunaraq sağalıb, 5 188 nəfər vəfat edib. 27 813 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 007, bu günə qədər isə ümumilikdə 4 235 142 test icra olunub.
Qeyd edək ki, dünən verilən məlumata əsasən, son sutka ərzində 1 851 nəfər koronavirusa yoluxmuş, 402 nəfər sağalmış, 17 nəfər ölmüşdü.


Tarix: 18-08-2021, 09:58 Oxunub: 208


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930