Avropa Liqasında “Qarabağ”a qol vuran futbolçu “Neftçi”də - VİDEO

“Neftçi” daha bir transferini rəsmiləşdirib.
Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb. 
Bildirilib ki, 24 yaşlı Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrin ilə iki il müddətinə müqavilə bağlanıb. O, “Neftçi”nin heyətində 29 nömrəli formanı geyinəcək.
Sabir Buqrin Belçikanın “Lyers” (2014-2018; 82 oyun, 3 qol), Fransanın “Paris” (2018-2019; 4 oyun) və Lüksemburqun “Dudelanj” (2019-2020; 20 oyun, 2 qol) klublarında oynayıb.
O, “Dudelanj”ın heyətində 2019-cu il dekabrın 12-də UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən qarşılaşmanın 63-cü dəqiqəsində “Qarabağ”ın qapısına qol vurmağı bacarmışdı. Həmin qarşılaşma 1-1 hesabı ilə başa çatmışdı.
Qeyd edək ki,  bundan əvvəl nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı transfer etmişdi.


Tarix: 19-07-2020, 11:47 Oxunub: 165


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930