16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Kilsədə baş verən güclü yanğın söndürülüb - YENİLƏNİB + VİDEO

Fransanın Nant şəhərində XV əsrə aid Müqəddəs Pyotr və Pavel kafedral kilsəsində baş verən yanğın tam söndürülüb.
Bu bərədə yanğınsöndürmə briqadasının mətbuat katibi Jerom Lanqlua məlumat verib.
Hadisə yerinə Fransanın Baş Naziri Jan Kasteks, Daxili İşlər naziri Jerald Darmanen və Mədəniyyət naziri Rozelin Başli də gəlib. Artıq şəhər prokurorluğu kilsəsinin qəsdən yandırılması ilə bağlı təhqiqata başlayıb. Yanğının baş verməsinə əsas kimi kriminal versiya göstərilib.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır. Yanğınsöndürənlər səhərə qədər kilsəyə heç kəsin buraxmayacağı ilə bağlı qərar qəbul edib. Buna səbəb isə yanğınla bağlı dəlillərin itə bilmə ehtimalı göstərilir. 
Qeyd edək ki, iyulun 18-i səhər saatlarında kilsədə başlayan yanğın mədəbə ciddi ziyan vurub. Binanın fasad hissəsi, xüsusən tüstüdən qaralmış vitraj şüşələr və digər yanar konstruksiyalar tamamilə yanıb.
16:02, 18 iyul
Fransanın Nant şəhərində əsası XV əsrdə qoyulmuş Sent-Pyer və Sent-Pol kilsəsində yanğın baş verib.
RT bununla bağlı kadrları yayımlayıb.

Hadisə yerinə 100-ə yaxın yanğınsöndürən cəlb olunub.
Yanğının səbəbləri araşdırılır.


Tarix: 19-07-2020, 12:24 Oxunub: 126


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930