Apteklərdə hərarətsalıcı dərman qıtlığı var?

“Apteklər biznes şəbəkəsidir. Səhiyyə Nazirliyi apteklərin dərmanla təminatına nəzarət etmir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.
Onun sözlərinə görə, apteklərdə hərarət salan dərmanlarla bağlı qıtlıq qeydə alınmayıb:
“Bu kimi hallar, çox güman ki, lokal xarakter daşıyır. Ola bilər ki, həmin aptek şəbəkəsinə depodan çatdırılma ilə bağlı gecikmələr olub. Brifinqə gəlməzdən qabaq bir neçə aptekə daxil oldum. Hərarət salıcı dərmanlarla bağlı problemlə rastlaşmadım”.


Tarix: 20-07-2020, 17:36 Oxunub: 161


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930