“Üç həftəyə yaxın müddətdə ev şəraitində müalicə olunan 12 min 862 vətəndaş ambulator nəzarətdədir”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.
O bildirib ki, həmin vətəndaşlardan səkkiz mindən çoxu laborator testi mənfi olanlar və xəstəxanadan çıxan, müalicəsi evdə davam edən, test nəticələri mənfi olsa da, COVID-19 xəstələri ilə ünsiyyətdə olanlardır:
“Hər gün bu vətəndaşlar sağalıb çıxır. Bu gün 255 nəfər sağalaraq, ambulator nəzarətdən də çıxarılıb.
Poliklinikalar nəzdində yaradılan məntəqələrə 400-500 müraciət olur. Onların əksəriyyəti telefon vasitəsilədir. Bu gün poliklinikalarda götürülən yaxmalar altı minə yaxındır”.
Bölməyə aid digər xəbərlər
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||















