Nazirlik rəsmisi tibb işçilərinin koronavirusa yoluxmasından danışdı

“Koronavirusla mübarizə çərçivəsində başqa ölkələrdə tibbi personalın 20 faizi bu virusa yoluxub”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib. 
N.Zeynalovun sözlərinə görə, Azərbaycanda da belə faktlar var:
“Onlar, əsasən, viruslu xəstələrlə təmasda olduqdan sonra yoluxanlardır. Yoluxmanın qarşısının alınması üçün fərdi qoruyucu vasitələrdən istifadə olunsa da, yoluxma halları qeydə alınır. Bu, xaricdə də belədir. Amma yenə də maksimum olaraq uniformalardan istifadə olunmalıdır”.


Tarix: 20-07-2020, 17:35 Oxunub: 193


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930