Azərbaycanda koronavirusa əsas yoluxma yerləri açıqlandı

“Azərbaycanda koronavirusa, əsasən, qadınlar çox yoluxur və onlar da yas mərasimlərində yoluxurlar”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.  
Ş.Mövsümov bildirib ki, ümumilikdə ölkədə vəfat etmiş insanlara keçirilən yas mərasimlərində sosial məsafə gözlənilmir:
“Bununla bağlı statistika da var. Xəstəliyə yoluxanların böyük hissəsini qadınlar təşkil edir. Onlar isə bu virusa daha çox yas mərasimlərində yoluxurlar. Azərbaycanda çoxlu sayda insanların iştirakı ilə keçirilən yas mərasimləri var, ancaq bu qeyri-qanunidir.
Pandemiya dövründə vəfat etmiş insanlara böyük yas mərasimlərinin keçirilməsi düzgün deyil. Dünyada koronavirusa ən çox kişilər yoluxur, ancaq Azərbaycanda, əsasən, qadınlar çox yoluxur və bunun da səbəbi, əsasən, yas mərasimləridir”.


Tarix: 20-07-2020, 17:38 Oxunub: 180


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930