Şəkidə azyaşlını ilan sancdı, Bakıya göndərildi

Şəki rayonunda beş yaşlı uşağı ilan sancıb.
APA-nın məlumatına görə, bu gün axşam saat 21:00 radələrində rayonun Baş Zəyzid kənd sakini, 2015-ci il təvəllüdlü Nicat Kamran oğlu İsgəndərov sol ayağının topuq nahiyəsindən ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Azyaşlını yaşadığı evin həyətyanı sahəsində ilan sancdığı məlum olub. N.İsgəndərova xəstəxanada lazımi tibbi yardım göstərilib. Vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirməsi üçün paytaxtdakı xəstəxanaların birinə göndərilib.


Tarix: 20-07-2020, 01:10 Oxunub: 100


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930