41 yaşlı Zaqatala sakini qardaşını bıçaqladı

Zaqatalada qardaş qardaşı bıçaqlayıb.
APA-nın məlumatına görə, ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan İsmayıl oğlu Abdullayev sağ boyun nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
S.Abdullayevə lazımi tibbi yardım göstərilir, müalicəsi xəstəxanada davam etdirilir.
S.Abdullayevin vəziyyətinin orta-stabil olduğu bildirilir. 
Araşdırma zamanı məlum olub ki, S.Abdullayev özündən doqquz yaş böyük qardaşı Kənan Abdullayevlə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zamanı K.Abdullayev üzərində olan bıçaqla S.Abdullayevi vurub.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. 


Tarix: 4-07-2020, 21:30 Oxunub: 173


Bölməyə aid digər xəbərlər
12-07-2020, 21:32 Bakıda iki dost güllələndi


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930