16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
İcra başçısından sərt karantin dövründə oğluna toy etməsi ilə bağlı AÇIQLAMA

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turalın ölkədəki pandemiya şəraitində toy mərasimi təşkil etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
O, bu barədə Oxu.Az-a açıqlama verib.
“Bəzi sosial şəbəkələrdə qəsdən guya oğlum Turala toy mərasimi keçirməyimlə bağlı gedən yazılarla əlaqədar bildirirəm ki, həqiqətən, övladım bir il bundan əvvəl nişanlanmışdı.
Pandemiya ilə əlaqədar real vəziyyəti nəzərə alaraq, hər iki ailənin və gənclərin öz razılığı ilə gənclər nikahlarını rəsmiləşdiriblər”, - deyə V.İsayev bildirib.
İcra başçısı qeyd edib ki, heç bir mərasim, hətta ailə mərasimi belə keçirilməyib:
“Yazılanlar real vəziyyəti əks etdirmir. Bu addımın gələcəkdə toy etmək istəyən gənclərə nümunəvi addım olacağını düşünürük”.


Tarix: 17-07-2020, 19:03 Oxunub: 106


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930