Könüllülər virtual çağırışa qoşulur

Gənclər Fondu koronavirus pandemiyasına qarşı mübarizə üçün tətbiq edilən sərt karantin rejimi dövründə gənclərin vaxtlarını səmərəli keçirmələri məqsədilə maraqlı çağırışa başlayıb.
Pandemiya dövründə də daim aktiv şəkildə maarifləndirici və faydalı aksiyalarda iştirak edən könüllülərin evdə qalaraq vaxtlarını səmərəli və faydalı keçirmələri üçün başladılan virtual aksiyada gənc könüllülər evdə qaldıqları zamanı necə keçirdiklərini nümayiş etdirəcəklər.
Belə ki, gənclər evdə qaldıqları zaman ərzində oxuduqları kitabları, iş masalarını, rəsm bacarığı olanlar çəkdikləri rəsmləri, evdə və ya bağçada hazırladıqları dekorlar və ya qoşulduqları faydalı layihə və tədris proqramları ilə bağlı foto və ya videoları #mənkarantində həştəqi ilə öz sosial media hesablarında paylaşa bilərlər.
Qeyd edək ki, sosial aksiyanın məqsədi hazırda mövcud olan sərt karantin rejimində gənclərin evdə qaldıqları zamanı səmərəli keçirməyə çağırış etmək, faydalı fəaliyyətlə məşğul olan gənclərin bunu paylaşaraq, digər gəncləri də təşviq etməsidir.


Tarix: 8-07-2020, 17:19 Oxunub: 168


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930