Sərt karantin rejiminin tətbiq olunduğu ərazilərin sayı artırıla bilər - RƏSMİ

“Sərt karantin rejimi tətbiq edilən rayonların sayının artırılması epidemioloji vəziyyətdən asılıdır”.
Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. 
O bildirib ki, sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların siyahısı dəyişə bilər:
“Epidemioloji vəziyyətlə bağlı siyahıya əlavələr və çıxarılmalar ola bilər. Siyahıda olmayan şəhər və rayonlarda epidemioloji vəziyyət nəzarətdədir. Əgər dinamika pozularsa, siyahıya yeni ərazilər əlavə edilə bilər”.


Tarix: 10-07-2020, 18:05 Oxunub: 160


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930