14:17 / 21-11-2024
Ümummilli lider Heydər Əliyevin özünün dediyi kimi YAP “dünənin, bu günün və sabahın partiyası”dır
13:45 / 12-11-2024
Ermənistan sürətlə silahlanır: “Akash”lar göndərildi
13:30 / 12-11-2024
Azərbaycanda Konstitusiya Günüdür
13:25 / 12-11-2024
COP29-un liderlər sammitinin açılışı: Prezident çıxış etdi – VİDEO
13:20 / 12-11-2024
ABŞ-da seçki keçirildi, amma biz indi Bakıdayıq - Con Podesta
15:26 / 11-11-2024
Başsiz qalan Cəlilabad meşələri - FOTO
13:49 / 08-11-2024
Təranə Güləliyeva: "Bu gün xalqımız bu böyük, tarixi qələbənin xoşbəxtliyini və sevincini yaşayır"
20:17 / 05-11-2024
Mehman Əliyev: "Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu"
15:12 / 05-11-2024
Cəlilabad meşələrində ciddi "soyqrım" halı yaşanır
12:12 / 04-11-2024
İrəvan-Bakı qarşıdurmasına son qoymalıyıq – Zahid Oruc
10:54 / 19-10-2024
Fars-molla rejimi İrandakı xalqları ZƏRBƏ ALTINDA QOYUR
14:14 / 14-10-2024
Yaxın Şərq yenidən qurulacaq, süni dövlətlər yaradılacaq - Şok xəritə
11:17 / 08-10-2024
Kəşfiyyat "ŞEF"ləri Azərbaycana nə üçün gəlib? - SENSASİON DETALLAR
12:23 / 02-10-2024
Tehran, ABŞ və İsrailin birgə "raket şousu" - hədəf Türkiyədir
10:08 / 30-09-2024
7 saylı Bərdə Ərazi İdarəsinin rəisi Vüqar
09:49 / 26-09-2024
Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir...
16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
09:31 / 19-09-2024
İrəvan ad çəkdi, separatçılar qəzəbləndi: Şahramanyan erməniləri toplayır
09:26 / 19-09-2024
Zəngəzur intriqası: Şoyqunun İrana qəfil səfərinin səbəbi
09:24 / 19-09-2024
COP29-da Ermənistanın iştirakı ilə bağlı yekun qərar... - Paşinyan
09:21 / 19-09-2024
Rusiyanın Kurskdakı əks-hücumu dayandırıldı
15:43 / 24-07-2024
Cinayətkarlıqla mübarizə - dövlətin sistemli fəaliyyəti
17:43 / 05-07-2024
Gömrük məmuru arvadını bıçaqladı
12:23 / 15-06-2024
Bu gün Azərbaycan xalqı öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır
11:35 / 15-06-2024
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
09:47 / 30-05-2024
Tələbə və gənc tədqiqatçıların beynəlxalq elmi-praktiki konfransı
23:41 / 24-05-2024
Cəmil Həsənlinin nəvəsinə dəyəri yüz minlərlərlə olan avtomobili kim bağışlayıb? - SENSASİON İDDİA
15:27 / 18-03-2024
Azərbaycan - Gürcüstan əlaqələri mehriban qonşuluq və dostluğa əsaslanıb
“AZƏRBAYCANDA MƏMUR ÖZBAŞINALIĞI, MƏMUR BİZNESİ BAŞ ALIB GEDİR, AMMA...” – "Yeni həbslər labüddür, həbslər genişlənməsə..."
Son aylar ölkədə qiymət artımı, xüsusilə ərzaq məhsullarının bahalaşması özünü açıq şəkildə büruzə verməkdədir. Şübhə yoxdur ki, qiymət artımının bir səbəbi iqtisadi proseslərin yaratdığı reallıqdırsa, digər səbəbi də monopoliya, gömrük orqanının fəaliyyəti, rüşvət və korrupsiyadır.
“AzPolitika.info” ölkədə gedən iqtisadi proseslər, bahalaşma, monopoliya, eləcədə korrupsiya və ona qarşı mübarizə mövzusunda Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli ilə söhbətləşib:
- Bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin əməkdaşları həbs olundu. Bundan əvvəl iki səhiyyə müəssisəsinin rəhbəri saxlanılmışdı. Siz bu həbsləri və ümumilikdə korrupsiya ilə mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?
- Öncə qeyd edim ki, Azərbaycan öz inkişafının yeni mərhələsinə keçir. Bu mərhələni müxtəlif cür izah etmək olar. Qısası, neft amilinin dominant olduğu modeldən insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə doğru hərəkət etmək istəyirik. İşğaldan azad edilən torpaqların təcrübəsi də göstərdi ki, biz vətənpərvərliklə intellektual müharibənin vəhdətini yaratmaqla müharibəni udduq. Bu da göstərir ki, işğaldan azad edilən ərazilərin bərpası və inkişafında intellektual yanaşmaya üstünlük verməliyik. Bu da çoxlarının düşündüyü kimi elə-belə, sadə məsələ deyil.
Pandemiya faktiki olaraq inkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələri eyni start vəziyyətinə gətirib. Bu mərhələdə kim elmi tərəqqidən, texnoloji nailiyyətlərdən, iqtisadiyyatın rəqəmsallaşdırılmasından geniş istifadə edəcəksə, o da qabağa düşəcək. Kim bundan istifadə edə bilməyəcəksə, innersiya ilə hərəkətlərini davam etdirəcək. İstərdim ki, bu dövrdə Azərbaycan birinci yolla irəliləsin. Başqa sözlə, necə ki, işğalda olan torpaqlarımızı intellektual müharibə modeli ilə udduq, indi bərpa işlərində, idarəetmə məsələlərində də intellektual tənzimləmə metodlarından geniş istifadə edək. Yeri gəlmişkən, bu cür modern metodun tətbiq edilməsinə bir çox amillər mənfi təsir göstərə bilər. Həmin amillərin içərisində iki məqam daha böyük rol oynayır - birincisi, korrupsiya və rüşvətxorluq, ikincisi isə monopoliyadır. Bu iki amil əslində bir-birilə bağlıdır. Ona görə ki, Azərbaycanda məmur özbaşınalığı, məmur biznesi, məmur sahibkarlığı baş alıb gedir. Amma məmurların biznes qabiliyyəti sıfıra yaxındır. Ona görə də onlar istənilən orta statistik iş adamına yüzdə-yüz uduzacaqlarını bilirlər. Yəni rəqabətə girəcəkləri halda uduzacaqlarını bildiklərindən monopoliya qurublar və bir çox sahələrə heç kəsi buraxmırlar. Onlar həm korrupsiyadan əldə etdikləri pulları bu sahələrə qoyurlar, həm də istehsal etdikləri məhsulun demək olar ki, maya dəyəri olmur.
Məsələn, istənilən məhsulun maya dəyəri olur. Məhsul 100 manata başa gəlirsə, 20-30 manat da onun üzərinə gələrək satırlar. Amma bu, korrupsiyadan gələn pul olduğundan onun maya dəyəri olmur. Deməli, bu halda məmur-biznesmenin manevr imkanları geniş olur. Xüsusilə, bunu tikinti sektorunda açıq görmək olur. Normalda kimsə bina kompleksini tikirsə, onu vaxtında satmasa müflisləşməyə gedəcək. Rəqabət olan şəraitdə normal iş adamları çalışırlar ki, qiyməti artırmaqla deyil, aşağı salmaqla dövriyyədən qazanc əldə etsinlər. Ancaq korrupsioner məmurlar üçün tikdikləri binanın nə vaxt satılacağının fərqi yoxdur. Çünki korrupsiya pulları hesabına tikilən binalardır və onların maya dəyəri də yoxdur. O dur ki, əksər hallarda qiymətlər kəllə-çarxa qaldırılır və evlərin də əksəriyyəti alınmır.
Əgər biz yeni çağırışlara cavab vermək itəyiriksə, post-pandemiya dövrünün sərt rəqabətinə tab gətirmək niyyətindəyiksə, bu halda bir çox amillərə ehtiyac yaranır. Bunun üçün isalahatları dərinləşdirmək və genişləndirmək kontekstində korrupsiya, rüşvətxorluq və monopoliyaya qarşı mübarizədə kompleks tədbirlər həyata keçirilməlidir. Sizin dediyiniz sahələr üzrə həyata keçirilən işlər də yeni modelin tətbiq edilməsində ən ciddi maneə olan korrupsiyanın aradan qaldırılmasının tərkib hissəsidir. Ancaq görülən işləri yetərli hesab etmək olmaz. Ona görə ki, neft amilinin dominant rol oynadığı model qalır və bu modelə uyğun idarəetmə sistemi davam edirsə, burada bir kadrı götürüb başqa bir kadrı onun yerinə qoymaqla hansısa məsələnin həllinə nail olmaq mümkündür, ancaq bununla da ümumilikdə effektiv nəticə əldə etmək mümkün deyil. Tam effektiv nəticəyə nail olmaq üçün idarəetmə sisteminin fəlsəfəsi köklü surətdə müasir dövrün, post-pandemiya mərhələsinin çağırışlarına uyğun qurulmalıdır. Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə sizin sadaladığınız işlərin dairəsi genişlənməlidir.
- Əgər həbsləri nəzərdə tutursunuzsa, nədən bu proses genişlənməlidir?
- Əgər genişlənməsə sistem bundan da ağır vəziyyətə düşəcək. Yəni bir qrup korrupsioner hər şeyi həzmdən keçirəcəksə, onda əhalinin güzəranını necə yaxşılaşdırmaq, kiçik və orta biznesi necə inkişaf etdirmək olar? Heç cür mümkün olan iş deyil. Ona görə də, ya korrupsioner sistem sındırılmalı, aradan qaldırılmalı və biz sürətli inkişaf trayektoriyasına çıxmalıyıq, ya da innersiya ilə getməli və geri qalmalıyıq. Düşünürəm ki, Azərbaycanda heç kim razı olmaz ki, kiçik bir qrupun maraqları naminə dövlətin və millətin maraqları tapdalansın. Çünki korrupsiya dövlətin dayaqlarını içəridən sarsıdan amildir. Bu baxımdan hesab edirəm ki, məntiqlə korrupsiyaya qarşı mübarizə genişlənməlidir və genişlənəcək də.
- Deməli, siz yeni həbsləri gözləyirsiniz...
-Bəli. Qeyd edim ki, həbslər labüddür. Lakin bununla problemi tam həll etmək mümkün deyil. Məsələyə kompleks yanaşılmalıdır. Ümumiyyətlə, idarəetmə sisteminin fəlsəfəsini yeni dövrün tələblərinə uyğun qurmaq və ölkə maraqlarına uyğun kadr islahatları aparmaq lazımdır. Bunlar bir-birini tamamlamalıdır. Yəni idarəetmə sisteminin təkmilləşdirilməsi müasir dövrün tələblərinə cavab verən kadr islahatları ilə müşaiyət olunmalıdır. Bu proses gedir. Əlbəttə, burada səhvlərin olması da təbiidir.
Amma başqa məqam var ki, əgər insan dövlətə, millətə xidmət barədə düşünürsə və oturduğu kreslonu sərvətə konvertasiya etmək niyyəti yoxdursa, onun təcrübəsizliyi 6 aydan çox çəkə bilməz. Səhvlər ola bilər, amma təcrübəsizlikdən qorxmaq lazım deyil. Bir şərtlə ki, ayaqları yer tutmasın ki, biz yeni kadrıq və səhvlər buraxa bilərik. Necə ki, bəzi nazirliklər əlillərin başına gətirdikləri oyunlarla Konstitusiyanı pozurlar. Əlbəttə, belə məmurlara mütləq cavab verilməlidir.
- Deputat həmkarınız Vahid Əhmədov bizə müsahibəsində gömrük sistemində də islahatlara ümid etdiyini bildirdi. Siz bu barədə nə düşünürsünüz?
- Hesab edirəm ki, idarəetmə sisteminin təkmilləşdirilməsində ciddi əhəmiyyət kəsb edən istiqamətlərdən biri vergi və gömrük sistemidir. Həqiqətən, həm gömrük, həm də vergi məcəlləsində bir sıra dəyişikliklər edilməli, nəticədə iqtisadiyyatın rəqəmsallaşması sayəsində məmurla vətəndaşın təmasının minimuma endirilməsi istiqamətində addımlar atılmalıdır. Məmurla vətəndaşın təması minimuma endirildikdə isə korrupsiya və rüşvət elementləri də azalır.
Rəqəmsallaşma zamanı mükəmməl modellər qurulmalıdır. Məsələn, insan evində əyləşərək, heç bir məmuru görmədən, elektron mexanizmlər vasitəsilə vergi ödəyə bilməli, yaxud öz malını gömrükdən keçirmək imkanına malik olmalıdır. Lazımi sənədləri elektron qaydada təqdim edir, rüsumunu ödəyir və məmuru görmür. Bunu həyata keçirməklə istənilən sahədə olan korrupsiya xarakterli çatışmazlıqları minimuma endirmək olar.
İstənilən ölkədə korrupsiya var. Amma söhbət ondan gedir ki, korrupsiya elementlərinin minimum, orta və ifrat səviyyədə olduğu ölkələr var. Azərbaycanda xeyli sahələrdə ifrata varılıb. Odur ki, burada hansı modelin tətbiq edilməsi məsələsində müxtəlif təkliflər olur.
Məsələn, nümunə çəkmək olar. Kim düşünə bilərdi ki, kiçik və orta səviyyələrdə olan korrupsiyanı Asan Xidmətin vasitəsilə aradan qaldırmaq mümkün olar? Kimsə öncədən bunu desəydi, buna inanmayanların sayı inananlardan dəfələrlə çox olardı. Amma hazırda vətəndaş Asan Xidmətə gedir, sənədləri təqdim edir və lazım olan xidmətlə təmin olunur. Əlbəttə, bu, çox müsbət haldır. Ancaq mənə görə, burada başqa bir problem odur ki, rüsumlar belə modern layihənin effektini aşağı salır. Əvvəla, Azərbaycan büdcəsini rüsumlarla doldurmaq olmaz, ikincisi, nə qədər çox rüsum cəlb etsən də, bununla büdcəyə o qədər də böyük məbləğdə vəsait yığılmayacaq. Üçüncüsü, Azərbaycan vətəndaşlarının güzəranı elə də arzuedilən səviyyədə deyil. Rüsumların yüksək olması da bir tərəfdən onların həyat şəraitinə mənfi təsir göstərir. Deməli, Asan Xidmətin modeli əladır, amma tətbiq edilən rsumlara kompleks baxıb, konsepsiyanı dəyişmək lazımdır ki, orta statistik və az təminatlı ailələr bu rüsumları ödəyə bilsinlər.
- Əli müəllim, qiymət artımı haqqında hamı danışır. Xüsusilə də ərzaq mallarının qiymətində artım olduqca yüksəkdir. Siz bunu nə ilə əlaqələndirirsiniz?
- Mən piyada gəzirəm, insanlarla təmasda oluram, kifayət qədər açıq həyat tərzi keçirirəm. Ona görə də, cəmiyyətdən aldığım məlumatları, mənə fikrini, arzusunu və dərdini deyən insanların düşüncələrini sistemləşdirirəm.
Bir neçə dəfə qeyd etmişik ki, Azərbaycanda qiymətlərin bahalaşmasından, inhisarçılığın yaratdığı mühitdən istifadə edən bir qrup və onların əhatəsində olan qruplar var. Məsələn, mən ona görə “süni qiymət artımı” demirəm ki, bu arqumentin qarşısında konturlar qoyurlar. Birinci kontur ondan ibarətdir ki, bazar iqtisadiyyatıdır və burada qiymətlər tələblə təklif əsasında müəyyənləşir. Halbuki, normal bazar iqtisadiyyatında qiymətlər abstrakt tələb-təklifdən formalaşmır. Daha çox tədiyyə qabiliyyəti, yəni ödəniş qabiliyyətli tərəfdaşlığın təsiri ilə formalaşır. İndiki pandemiya dövründə Azərbaycan əhalisinin gəlirləri aşağı düşüb. Əgər əhalinin gəlirləri aşağı düşübsə, deməli tələbat azalıb. Təlabat azalıbsa, onda qiymətlər niyə qalxsın? Deməli, burada bazar qanunlarının tələblərindən çıxış ediriksə, onda qiymətlər aşağı düşməlidir. Amma reallıqda əksinə, bahalaşma gedir...
İkinci arqument kimi deyilir ki, dünya bazarlarında qiymətlər qalxır və bunun əsasında Azərbaycana gələn məhsulların qiyməti artır. Bunun da əks arqumenti var. Postsovet məkanına aid olan ölkələrin statistikası göstərir ki, onlarda bu il qiymət artımı ötən ilin indiki dövrü ilə müqayisədə 2 fazin altındadır. Azərbaycanda isə 4 faizin üstündədir. Ərzaq məhsullarında qiymət artımı hətta 10 faizdən yüksəkdir. 2021-ci ilin birinci rübunün göstəricilərini 2020-ci ilin birinci rübunun göstəriciləri ilə müqayisə etdikdə MDB məkanında sənaye istehsalçılarının qiymət indeksi 1,5 faiz aşağı düşüb. Amma Azərbaycanda fantastik şəkildə - 25 faiz artıb. Nə oldu? Bəs bazar iqtisadiyyatı arqumenti harada qaldı? MDB ölkələrinin əksəriyyəti ərzaq məhsullarını xaricdən alır. Əgər doğrudan da dünyada qiymətlərin atması burada rol oynayırsa, onda niyə ancaq Azərbaycanda qiymətlər belə sürətlə artır? Deməli, başqa amillər var.
- Hansı amillər?
- Birincisi, monopoliya və onun çətiri altında fəaliyyət göstərən qruplaşmalardır. Digər tərəfdən də marketlər süni qiymət artımının mənbəyinə çevrilib. Marketə hansısa məhsulu gətirəndə istehsalçı “haqq” verməlidir ki, məhsulu piştaxtaya qoyulsun və satılsın. Deməli, həmin məhsulu bahalaşdırmalıdır. Nəticədə buradakı korrupsiyanın yükü aztəminatlı vətəndaşın üzərinə düşür. İstehalçı marketə verilən əlavə pulu özünün cibindən vermir, qiyməti bahalaşdırır və vətəndaşlardan bunu kompensasiya edir. Başqa sözlə, qiymət 10 faiz artıbsa, bunun 2 faizi Azərbaycan iqtisadiyyatında gedən proseslərin nəticəsidir, 3 faizi xaricdən gələn məhsullardakı qiymət artımıdır. Yerdə qalan 5 faiz isə süni qiymət artımının nəticəsidir. Süni qiymət artımı səbəbindən Azərbaycan ailələri hər bir faizlik artıma görə, ildə öz büdcələrindən ümumilikdə 400 milyon manata qədər pul itirirlər. Təsəvvür edin ki, artım 1, 2 deyil, 5 faiz olanda hər il monopolistlər xalqın cibinə girərək, milyardları mənimsəyirlər. Aidiyyətli orqanlar bunun qarşısını almaq üçün kompleks tədbirlər görməlidirlər. Mən də anlayıram ki, anti-monopoliya qanunvericilik sənədləri işləsə, onun tələblərindən çıxış edən cəza mexanizmi də işləyər. Bütün dünyada tətbiq olunan mexanizmlər mövcuddur. Ancaq həmin qanunlar işləmir deyə, bu mexanizmlər də işləmir.“AzPolitika.info”
Bölməyə aid digər xəbərlər
Əli Məsimli: “Əgər bir qrup korrupsioner hər şeyi “həzmdən keçirəcəksə”, o zaman əhalinin güzəranını necə yaxşılaşdırmaq olar?”
“Azərbaycan büdcəsini rüsumlarla doldurmaq olmaz...Monopoliya qurublar və bir çox sahələrə heç kəsi buraxmırlar”
“Bəzi nazirliklər əlillərin başına gətirdikləri oyunlarla Konstitusiyanı pozurlar”

Tarix: 24-05-2021, 12:09 Oxunub: 168
Bölməyə aid digər xəbərlər
17-12-2020, 13:32
HƏDSİZ YOLUXMA HƏDSİZ QAZANC DEMƏKDİR?! – Koronavirus xəstəsini xəstəxanaya necə yerləşdirmək olur?
8-09-2020, 16:16
Valeh Mamedov: "Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür"
29-07-2020, 16:01
Spiker seçicilərinin müraciətlərini dinlədi - FOTO
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 13:25
AQTA 72 obyektdə qayda pozuntuları aşkarladı - SİYAHI
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 20:58
AQTA 84 obyektdə kobud qayda pozuntuları aşkarladı
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 15:54
Bir sıra vergi ödəyicilərinin icazələri məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
15-07-2020, 10:40
Bakıda möhtəşəm Orduya dəstək yürüşü və... arzuolunmaz sonluq
12-07-2020, 15:20
Ölkə üzrə 210 obyektdə reyd keçirildi - FOTO
11-07-2020, 14:43
AQTA əməkdaşları 73 obyektdə pozuntular aşkarladı - FOTO
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
10-07-2020, 13:55
AQTA əməkdaşları 164 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirdi - FOTO
9-07-2020, 20:53
AQTA qaydaları pozan 84 obyekt aşkarladı - YENİLƏNİB + FOTO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
7-07-2020, 16:49
AQTA 95 müəssisədə qayda pozuntusu aşkarladı - SİYAHI
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
3-07-2020, 11:38
Leyla Əliyevanın doğum günüdür