16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
“Kapital Bank” filialların önündə müştəriləri günvurmadan qoruyur - FOTO

“Kapital Bank” koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün müştərilər üçün növbəti rahatlığı təmin edən tədbir həyata keçirib. Belə ki, havaların isti keçməsi və müştərilərin növbəli şəkildə buraxılması səbəbindən filialların önündə gündən qorunmaq üçün xüsusi çətirlər paylanılır.Çətirlər həm müştərilərə fərdi şəkildə təqdim edilir, həm də onların toplaşdığı yerdə kölgə yaratmaq üçün xüsusi zonalarda quraşdırılıb. Bununla da küçədə gözləyən müştərilər günəşdən qorunmaq üçün bu vasitələrdən istifadə edirlər. Artıq bir sıra filiallarda bu yenilik tətbiq olunub və yaxın günlərdə digərlərində də olacaq.
Bundan başqa “Kapital Bank” tərəfindən vətəndaşların sosial məsafəyə riayət etmələri üçün filialların qarşısında xüsusi nişanlar çəkilib. Həmçinin, bir sıra filiallarda müştərilərə gözləmək üçün çətirdən başqa, stullar təqdim olunur. Filiala daxil olan müştərilərdən maska taxmaq tələb olunur, onların hərarəti ölçülür və xüsusi dezinfeksiyaedici vasitələrdən istifadə edilir. 
“Kapital Bank” bu asan olmayan vəziyyətdə bir daha müştərilərə müraciət edərək, ənənəvi bank əməliyyatları üçün filiallara gəlməməyi və rəqəmsal xidmətlərdən istifadəni tövsiyə edir. Artıq müştərilər bir sıra xidmətləri “BirBank” tətbiqi vasitəsilə həyata keçirə bilir ki, bununla da onların filiallara gəlməyinə ehtiyac qalmır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Tarix: 7-07-2020, 15:12 Oxunub: 130


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930