Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər qəzaya düşdü: Çox sayda yaralı var

Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb. 
Report-un verdiyi məlumata görə, Xudat Şəhər Mərkəzi Xəstəxanasının Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan həkimləri təcili tibbi yardım avtomobilində qəzaya düşüblər.
Hadisə nəticəsində biri sürücü olmaqla yeddi nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xudat Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Qədir Hüseynov faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir. 
Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalardan birinin tibb işçiləri olublar. 
Faktla bağlı araşdırma aparılır.


Tarix: 8-07-2020, 17:32 Oxunub: 157


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930