16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir

Ulu öndər Heydər Əliyev deyirdi. Türkiyə və Azərbaycan xalqlarının tarixi birliyi və sarsılmaz dostluğu bizim ən böyük sərvətimizdir. Belə bir möhkəm təməl üzərində qurulmuş dövlətlərarası münasibətlərimizdə bir-birimizə inam və etibarımız, qarşılıqlı dəstəyimiz böyük məmnunluq doğurur. Böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuş, bir – birinə dəstək olmuşlar. Fevralın 6-da qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyimiz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur. Türkiyədə baş vermiş dəhşətli zəlzələ bütün türk dünyasını və sözsüz ki, ilk növbədə Azərbaycanı sarsıtdı. Faciə qardaş ölkəyə böyük insan itkisi ilə yanaşı, həm də görünməmiş fəlakət və böyük kədər yaşatdı. Bu xəbər Azərbaycana çatan andan bütün cəmiyyətdə eyni üzüntü və qəlb ağrısı ilə yaşanır.

Azərbaycan xalqı bütün duyğu-düşüncəsi, gücü-imkanı ilə Türkiyədəki zəlzələnin nəticələrini aradan qaldırmağa səfərbər olub. Prezident İlham Əliyevin dediyi kimi, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Xalqımız mərhəmət, humanizmin zəlzələdən güclü olduğunu göstərmək üçün neçə gündür ki, hamılıqla əlindən gələn köməyi əsirgəmir, zəlzələnin ağrıları az da olsa azalsın, insanlar xilas edilsin deyə bacardıqları qədər öz köməklərini göstərirlər. Dövlətimizin başçısının vurğuladığı kimi, bu dəhşətli zəlzələ bizi çox sarsıdır, hər birimizə böyük qəlb ağrısı yaşadır. Elə bu ağrının hökmü ilə qardaş ölkəyə ilk yardım Azərbaycandan yola salınıb.

Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Cənab Prezident İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb. Bu gün Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə təhvil verirlər.

Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar 8 fevral 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı 13 ədəd xüsusi təyinatlı nəqliyyatı vasitəsilə qardaş ölkəyə yola salınıb. Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. Güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. İnanırıq ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq. Azərbaycan da həmişə Türkiyənin yanındadır və hər cür fədakarlığa hazırdır.

Kərim Tahirov,
Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar Mədəniyyət işçisi


Tarix: 16-02-2023, 12:56 Oxunub: 410


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930