16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
PAŞİNYANDAN ZƏNGƏZUR DƏHLİZİ İLƏ BAĞLI ÖNƏMLİ AÇIQLAMA - “Azərbaycan Naxçıvanla dəmir yolu və avtomobil yolu əlaqəsi quracaq” + VİDEO


Oktyabrın 15-də MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı önəmli açıqlama ilə çıxış edib.
“AzPolitika.info” xəbər verir ki, Paşinyan ilk dəfə Azərbaycana Zəngəzur ərazisilə Naxçıvana dəmir yolu ilə bərabər avtomobil yolunun da veriləcəyini söyləyib: “Kommunikasiyaların açılması nəticəsində Ermənistan Azərbaycan vasitəsilə Rusiyayla dəmir yolu və avtomobil yolu əlaqəsi, İranla isə dəmir yolu əlaqəsi əldə edəcək. Azərbaycan isə Ermənistan ərazisilə Naxçıvanla dəmir yolu və avtomobil yolu əlaqəsi quracaq. Biz, nəqliyyat kommunikasiyalarının açılmasına dair o ssenariləri müdafiə edirik ki, onlar sülhün bərqərar olması simvolu və vasitəsinə çevriləcək, düşmənçilik və təcrid yox.”
Qeyd edək ki, Paşinyanın bu açıqlaması Azərbaycan-Ermənistan münasibətlərinin bundan sonrakı konfiqurasiyası və Zəngəzur dəhlizinin reallaşması baxımından kifayət qədər əhəmiyyətlidir. Belə ki, indiyə qədər diplomatik mənbələrdən sızan məlumatlarda Ermənistanın Zəngəzur dəhlizi ilə dəmir yol xəttinin açılmasına razılaşsa da, avtomobil yoluna razılıq vermədiyi bildirilirdi. Baxmayaraq ki, 10 noyabr sazişində Naxçıvanla quru əlaqəsi də daxil olmaqla, bütün kommunikasiyaların açılmasına dair bənd var. Paşinyanın son açıqlaması göstərir ki, Ermənistan bu məsələdə geri çəkilməyə məcbur olub və 10 noyabr sazişinin bəndlərindən birinin yerinə yetirilməsi istiqamətində müəyyən addımlar atmağa hazırdır.


Tarix: 15-10-2021, 23:07 Oxunub: 1 100


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930