Heydər Əliyev Fondu jurnalist Elnur Əşrəfoğlunun müalicəsini nəzarətə götürüb


Heydər Əliyev Fondu koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı vəziyyəti nəzarətə götürüb.
Bu barədə "Report"a onun həyat yoldaşı İlahə Şükürova məlumat verib.
O qeyd edib ki, E.Əşrəfoğlunun müalicəsi "Yeni Klinika"da davam etdiriləcək.
Xatırladaq ki, koma vəziyyətində olan jurnalist hazırda "Yeni Klinika"da EKMO aparatına qoşulub. Anası Zöhrə Hüseynova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək Elnur Əşrəfoğlunun müalicəsi ilə bağlı müvafiq köməyin göstərilməsini xahiş edib.


Tarix: 28-09-2021, 13:37 Oxunub: 806


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930