"Yerli vaksinlər sentyabr-oktyabradək istehsal olunacaq" - Ərdoğan


"Vaksin tədarükündə hər hansı problem və çətinlik olacağını qəbul etmirəm".
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.
“Əlimizdə yetərincə vaksin var. Rusiya ilə danışığımızdan sonra “Sputnik V” peyvəndi gəlir və gələcək. Hətta lazım olarsa, Rusiya prezidenti Vladimir Putinlə danışa da bilərik. Mayın birinci yarısında bu məsələ ilə bağlı Rusiya prezidenti ilə danışığımız olacaq. Oradan da ciddi bir miqdarda aşının gəlməsi ilə mövcud sayı əldə edə bilərik. Mən fövqəladə bir vəziyyətin olacağına inanmıram. Yerli vaksinin hazırlanması üzərində universitetlərimiz, bəzi əczaçı firmalarımız ciddi şəkildə işləyirlər. Onların mənə verdikləri vədə əsaslanaraq deyirəm ki, sentyabr-oktyabradək onların da istehsal ediləcəyinə inanıram”, - o deyib.


Tarix: 30-04-2021, 14:49 Oxunub: 178


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930