16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
"Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb" - Deputatdan maraqlı açıqlama


“Artıq Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb. Bunu təsdiqələmək üçün üçtərəfli bəyanata baxmaq kifayətdir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov “Müharibə və soyqırım cinayətləri beynəlxalq hüquq kontekstində” adlı dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, artıq Ermənistan dəymiş ziyanın ödənilməsinin birinci hissəsini yerinə yetirir: “Ölkəmiz ərazisindən öz qoşunlarını çıxarır. Kompensasiya ilə bağlı da dövlətimiz tərəfindən müvafiq araşdırmalar aparılır və müvafiq addımlar atılır”.

N.Səfərov bildirib ki, Azərbaycanın mədəni sərvətlərinə vurulmuş ziyan ümumiyyətlə, dəymiş ziyanın qiymətləndirilməsi konteksində qiymətləndirilməlidir: “Azərbaycan ərazisindən çıxarılan mədəni sərvətlər də özümüzə qaytarılmalıdır. Bu işdə UNESCO, BMT, istərsə də ayrı-ayrı Qərb ölkələri iştirak etməlidirlər. Mədəni irsə vurulan ziyan ödənilməlidir. Belə cinayətlər törədən şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidir. Təəssüf ki, bu sahədə də biz ikili standartların şahidiyik”.

Deputat onu da vurğulayıb ki, Ermənistan iştirakçısı olduğu konvensiyaların şərtlərini, tələblərinin total şəkildə pozur: “Ermənistan beynəlxalq hüquqa məsuliyyətsiz yanaşır”.

Maraqlıdır Nizami Səfərovda Ermənistanın dəymiş ziyanın ödənilməsinin birinci hissəsini yerinə yetirdyinə dair məlumat hardandır? 


Tarix: 29-03-2021, 14:31 Oxunub: 108


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930