19:54 / 27-05-2026
Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO
11:45 / 27-05-2026
28 MAY – MİLLƏTİN YENİDƏN DOĞULDUĞU GÜN
16:43 / 06-05-2026
Təhsilə sədaqətin parlaq nümunəsi – Elnarə Vəliyeva
16:39 / 06-05-2026
Təhsilə həsr olunan nümunəvi rəhbərlik – Mehriban Poladova
20:09 / 02-05-2026
Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
19:10 / 29-04-2026
Paytaxtın mərkəzində açıq-aşkar qanunsuzluq: “DRAKON” adı altında fəaliyyət göstərən əxlaqsızlıq məkanı ifşa olunur. FAKT
22:31 / 23-02-2026
Şamaxı "kommuxoz"unda NƏ BAŞ VERİR? – Müqaviləsiz “arenda” iddiası...
13:34 / 23-02-2026
Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin direktoru Fatma Bayramova KİMDİR...
21:57 / 06-02-2026
İsmayıllı meşələrində "ağac soyqırmı": Meşə materialı daşıyan maşın ələ keçdi VİDEO
14:23 / 03-02-2026
Uşaq qidası üzərindən suallar: Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəki bağçalarda şəffaflıq varmı?
12:27 / 28-01-2026
Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...
12:22 / 28-01-2026
“Parazit sözlər şou proqamlarda istifadə edilir” - Qulu Məhərrəmli
12:18 / 28-01-2026
Tutuqlanan azərbaycanlılar “Vilayəti-Xorasan”a necə qoşulublar? - TƏFƏRRÜAT
19:45 / 06-01-2026
Xırdalanda daha bir QANUNSUZLUQ - Park ərazisində uşaq meydançasını zəbt edib yerində ikimərtəbəli obyekt tikilir - VİDEO
17:59 / 23-12-2025
Bakıxanovda “görünməyən icazələr”: qanunsuz tikinti iddiaları, torpaq zəbtı və cavabsız suallar
10:41 / 27-11-2025
Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu
13:23 / 21-11-2025
Şahdağ Milli Meşələrin "QAZAN XAN"ı yenidən iş başında... - ŞOK VİDEO
12:44 / 07-11-2025
Bu tarixi gün Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olmaqla, milli suverenliyin, azadlığın və müstəqilliyin rəmzi kimi dəyərləndirilir
01:52 / 21-10-2025
Dövlət başçımızın Qazaxıstana planlaşdırılan səfəri iki ölkə və xalqlar arasında münasibətləri daha da dərinləşdirməyə xidmət edəcək.
13:30 / 14-10-2025
Bakı şəhəri 56 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynovanın barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE
18:46 / 13-10-2025
Qordon: Putinlə görüşdə Əliyevə baxın - Foto
18:43 / 13-10-2025
Azərbaycanla İran arasında mühüm müzakirə aparıldı
18:41 / 13-10-2025
MN-dən Özbəkistandakı təlimlə bağlı yeni məlumat
16:50 / 13-10-2025
Azərbaycan artıq regional oyunçudan qlobal məsələlərlə məşğul olan etibarlı tərəfə çevrilir
12:48 / 06-10-2025
Kitabın ruhunu yaşadan ALİM...
12:29 / 30-09-2025
Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - Sumqayıt şəhər 38 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Gülbahar Haqverdiyeva
15:07 / 26-09-2025
Təhsil və Media: Tamerlan Əkbərov işini yalnız vəzifə kimi deyil, həm də missiya kimi görür
12:43 / 23-09-2025
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhvəsini vermiş nadir ölkələrdəndir - Tural Hüseynli
Özünəməxsusluğun və milli identikliyin qorunması mədəniyyət siyasətinin qarşısında duran strateji prioritetlərdəndir. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.
Azərbaycan dilinin qorunması hər kəsin borcudur. Zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri vardır. Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilin dəyişilməsinə səbəb olur. Dilin orijinallığının qorunması məsələsi media ilə bağlı qurumların, eləcədə telekanalların da öhdəsinə yeni vəzifələr müəyyən edir. Ümummillli lider də öz çıxışlarında Azərbaycan dilinin saflığının qorunması üçün çağırışlar edir, dilimizin türk dilləri ailəsində xüsusi müstəqil mövqeyini vurğulayırdı. Ümummmili liderin təşəbbüsü ilə hər il Azərbaycanda avqustun 1-i Azərbaycan əlifbası və dili günü kimi qeyd olunur.
Böyük xalqın zəngin dili olmalıdır. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.
Milli-mədəni irs nümunələrinin tanıdılması fəaliyyətin əsas prioritetlərindən biri kimi qalmalıdır. Azərbaycan muğamı xalqın milli sərvətidir. Mövcud istiqamətdə UNESCO ilə əməkdaşlıq qarşılıqlı maraqlar əsasında davam etdirməlidir. Muğam sənəti bir neçə ölkədə mövcud olmasına baxmayaraq, Azərbaycan muğam sənətinin mərkəzidir. Ölkəmizin sözügedən statusu qorunmalıdır.
Mədəniyyət sahəsində strateji fəaliyyət istiqamətləri. Mədəni irsin qorunması. Azərbaycan mədəniyyətinin dünyada təbliği. Gənc nəslin milli ruhda tərbiyə olunması. İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması zamanı obyektivliyin gözlənməsi. Tarixi abidələrin qorunması. Yararsız vəziyyətdə olan mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişinin aparılıb yenidən siyahıya alınması. Azad edilmiş torpaqlarda görüləcək işlər.
Azərbaycanda dini abidələr xüsusi olaraq qorunur və qorunacaq. Prezidentin göstərişi ilə bütün əsas dini abidələr təmir olunub. Bir çoxları, o cümlədən Heydər məscidi yenidən tikilib. Digər məscidlər tarixi simaları qorunmaqla əsaslı təmir edilib. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Xristian dini abidələri, alban kilsələri, cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib.
Azərbaycan dini abidələr ilə zəngin olan diyardır. Azərbaycanda xristian dininə mənsub olan abidələr var: alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur.
Mədəni və dini abidələrin qorunması daim diqqət mərkəzində olmalıdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər tarixi abidələr var. Yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişi aparmalıdır, siyahıya alınmalıdır, yeni siyahılar tərtib edilməlidir. Çünki vaxtilə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməmişdir. Orada qərəzli yanaşma var idi. Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar satışa çıxarılsın. Belə hallar da var. Kifayət qədər çox pozuntular var idi. Yəni, bu siyahılarla bağlı aparılan manipulyasiyalar, əlbəttə ki, mədəni irsimizə çox böyük zərbə vurdu.
Memarlıq əsərləri Azərbaycan mədəniyyətin və incəsənətinin vizit kartlarındandır. Azərbaycanın memarlıq əsərləri dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıbdır. Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, nə qədər zəngin memarlıq abidələrimiz var. Eyni zamanda, son illər ərzində müasir memarlıq əsərləri yaradılıb. Heydər Əliyev Mərkəzi dünyada seçilən memarlıq nümunələrindən biridir və bir çox reytinqlərdə, bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilir. Alov qüllələri də memarlıq nümunəsidir, həm Bakı şəhərinin rəmzi olan alovu əks etdirir, eyni zamanda, ölkəmizin sürətli inkişafını əks etdirir, memarlıq baxımından çox uğurlu bir layihədir. Eyni zamanda, bölgələrdə müasir memarlıq abidələrinin sayı getdikcə artır.
İnşa olunacaq yeni infrastruktur Qarabağın bütün regionun mədəni mərkəzinə çevrilməsinə səbəb olacaqdır. Füzulidə beynəlxalq aeroport tikiləcəkdir. Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə yeni yol açılır. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq. Çünki oraya gəlib ondan sonra qısa müddət ərzində Şuşaya getmək mümkün olacaqdır.
Ölkənin beynəlxalq imicinə xidmət edən mədəni layihələr davam edir. 2021-ci il “Nizami Gəncəvi İli”dir. İlin elan olunması dövlət tərəfindən Azərbaycan ədəbiyyatına və mədəni irsinə ayrılan yüksək diqqətinin təcəssümüdür. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. 2021-ci il Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami ili” elan olundu. 2021-ci ildə Nizaminin 880 illik yubileyini qeyd ediləcək, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər.
İşğaldan azad edilmiş ərazilərdəki tarixi abidələrin əsl siması bərpa olunmalıdır. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızı sürətləndirəcəkdir. Bu il Şuşada Vaqif poeziya günləri və “Xarı bülbül” festivalı bərpa olunmalıdır. Bu cür tədbirlər bütün regionun mədəni brendinə çevrilməlidir. İşğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılmalıdır. Müharibə zamanı alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur.
Azərbaycan dünyanın mədəni xəzinəsinə öz töhvəsini vermiş nadir ölkələrdəndir. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olmuşdur. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanmış, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmişdir. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılmışdır. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi uğurla fəaliyyət göstərir.
Aşıq sənəti unikal sənət növüdür və milli folklorumuz haqqında xəbər verən əsas mənbədir. Aşıq sənəti təkrarolunmaz sənətdir. Haqlı olaraq aşıq sənəti sırf Azərbaycan sənəti kimi qəbul edilir. Gənclərin milli incəsənətə, milli musiqiyə, muğam sənətinə böyük maraqla yanaşması təqdirəlayiq haldır və bu gurlu təcrübə inkişaf olunmalıdır.
Tətbiqi sənət nümunələrinin inkişafı mədəniyyət siyasətinin qarşısında duran önəmli vəzifələrindəndir. Xalçaçılıq sənəti xalqımızın fəxr mənbələrindən biridir. Azərbaycan tarixi memarlığı dünya səviyyəsində məşhurdur, unikaldır. Azərbaycanda bu gün də nadir memarlıq əsərləri yaradılır. Bir çox hesabatlarda bir nömrəli müasir memarlıq nümunəsi kimi qeyd edilən Heydər Əliyev Mərkəzi, Bakı şəhərinin rəmzi olan alovu əks etdirən Alov qüllələri belə nümunələrdəndir.
Azərbaycanda yaşayan bütün xalqların milli mədəniyyətinin qorunması strateji əhəmiyyət kəsb edir. Azərbaycanda yaşayan ermənilər bu ölkənin vətəndaşlarıdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər. İşğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. Dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız siyahıya alınmalı, onların əvvəlki görüntüsü bərpa olunmalıdır. Azərbaycanda multikultural cəmiyyəti bir çox ölkələr üçün örnək olmalıdır. Bakıda səfərdə olan Roma Papası Fransiskin, İslam ƏməkdaşlıqTəşkilatının rəhbərlərinin bəyanatlarında bu fakt xüsusi vurğulanır.
Erməni vandalizmi bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Erməni vandalizmi və mənimsəmə siyasəti. Ermənistan Azərbaycana qarşı mədəni soyqırımı törədib. Onları müsəlman əhatəsində olan sivilizasiyalı bir məkan kimi təqdim etməyə çalışan Qərb dairələri buna laqeyd qalmamalıdır. Ermənilər bütün qonşulara meydan oxuyur, əsassız torpaq iddiası irəli sürürlər. Ermənilər qonşu xalqların, xüsusən azərbaycanlıların musiqi, mətbəx ənənələrini oğurlayırlar. Azərbaycan torpaqlarını işğal etdikləri vaxt ermənilər altmışdan çox məscidi dağıdıblar, buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır.
Mədəniyyət sahəsində beynəlxalq riyakarlıq bağışlanmazdır. Heç bir beynəlxalq təşkilat ermənilər tərəfindən dağıdılan müsəlman abidələri ilə maraqlanmır. Məscidlərimizi mənfur düşmən dağıdıb. Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq, erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər vətəndaşlarımızdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər.
Tural HÜSEYNLİ,
Nizami rayonu.
Bölməyə aid digər xəbərlər

Tarix: 7-01-2021, 19:57 Oxunub: 344
Bölməyə aid digər xəbərlər
14-11-2020, 13:50
Azərbaycan bütün dünyaya regionun yalnız iqtisadi baxımdan deyil, həm də hərbi-siyasi kontekstdə ən güclü dövləti olduğunu göstərdi - Tural Hüseynli
8-09-2020, 16:16
Valeh Mamedov: "Ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısındakı xidmətləri zaman keçdikcə daha aydın görünür"
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 16:55
Xaricdəki soydaşlarımızın milli birliyi hansı xainləri və niyə qıcıqlandırır? - TƏHLİL
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
24-07-2020, 13:10
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
22-07-2020, 19:39
“Sehirli qutu”nun cazibəsi davam edir: Ümidlə yeni mövsümə doğru…
22-07-2020, 10:52
Anar Kərimov kollektivə təqdim edildi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
15-07-2020, 09:35
Azərbaycan balaca ölkədir, amma Azərbaycan qürurlu ölkədir
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:34
Ruslan Atakişiyev: “Şəffaf fəaliyyətdən qaçan müəssisə rəhbərləri adi icazədən məhrumdurlar”
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
| « İyun 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
| 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
| 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
| 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
| 29 | 30 | |||||