“Effektiv görüntülər” üçün edilən qəddarlıq şoka saldı

Turistlərin “möhtəşəm görüntülər” naminə etdikləri qəddarlıq sosial şəbəkə istifadəçilərini şoka salıb. Belə ki, effektiv kadrlar üçün onlar sahilə çıxan suitini döyüblər.
“Lada” portalının verdiyi məlumata görə, Qazaxıstanda baş vermiş dəhşətli hadisə şahidlər tərəfindən qeydə alınıb.
Kadrlarda turistlərin daş və ağaclarla suitini vurduğu, yaxınlıqda dayanan digər istirahət edənlərin isə bu qəddarlığı smartfonlarla qeydə aldığı görünür. Hadisə şahidinin sözlərinə görə, bu vəhşilik sadəcə əyləncə xatirinə edilib. Bundan sonra döyülmüş heyvan yenidən dənizə atılıb. 


Tarix: 8-07-2020, 16:29 Oxunub: 110


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930