Rusiyada koronavirusa qarşı peyvəndin sınaqlarının son mərhələsinə başlanıldı

Rusiyanın Müdafiə Nazirliyi və N.F.Qamaleya adına Milli Araşdırma Mərkəzi yeni tip koronavirusa qarşı peyvəndin kliniki sınaqlarının yekun mərhələsinə başlayıb.
Bu barədə Gazeta.ru məlumat yayıb.
Qeyd olunur ki, yoxlama analizlərinin verilməsindən sonra iyulun 15-də koronavirus peyvəndinin sınaqlarında iştirak edənlərin ilk qrupu buraxılacaq. Onlar xidmət etdikləri yerlərə qayıdacaqlar.
Nazirliyin məlumatına görə, hazırda sözügedən könüllülərin vəziyyəti yaxşıdır. Səhhətləri ilə bağlı şikayətləri yoxdur, hər hansı mənfi təsir və ya arzuolunmaz hallar müşahidə olunmur.


Tarix: 10-07-2020, 12:19 Oxunub: 132


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930