16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
"Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm!"


Prezident İlham Əliyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının açılışında AzTV-yə müsahibəsində məmurlara çox ciddi mesalar verdi. Bu mesajlar nəinki Şuşada öz regional mərkəzlərini yaratmaq istəyənlərə, həm də ümumiyyətlə məmurlara öz işləri ilə məşğul olmasını və dövlət vəsaitlərindən istifadə edilməsinin səmərəliliyinin artırılmasına ünvanlanıb. Həm cənab Prezidentə Şuşada regional mərkəzləri, filialları yaratmaq istəyini bildirənlər, həm də digər regionlarda layihələri həyta keçirənlər bütün işləri dövlət büdcəsi hesabına icra edirlər. Heç kim öz şəxsi vəsaitini dövlətin layihələrinə xərcləmir. Amma hardasa bir layihələrin həyata keçirilməsi, yenidən qurma işlərinə başlanmasından danışılanda, o zaman büdcə vəsaitlərindən pay almaq üçün elə bil bir yarış başlanır.

Ölkə Başçısı çox düzgün olaraq qeyd etdi ki, regional idarələrin Şuşada nə işi var. Şuşa mədəniyyət mərkəzi elan olunub. Bu şəhər tarixi, mədəni abidələrinin, milli memarlığının koloritliyini özündə əks etdirən, öz aurası ilə bu torpağa qədəm qoyan hər bir insanı valeh edəcək, məmur villalarından və iqamətgahlarından uzaq bir şəhər olmalıdır. İşğaldan azad olunmuş yaşayış məntəqələr "smart sity, smart village" layihləri ilə yenidən qurulub bərpa olunacaq. Bu ərazilərin idarə olunması Prezidentin səlahiyyətli nümayəndələri tərəfindən Prezident Administrasiyanın rəhbərliyi ilə icra olunacaq. İşğaldan azad olunmuş ərazilərin bərpası planlı və növbəli şəkildə həyata keçiriləcək. Yaşayış məntəqələrin baş planları hazırlanır, hansı işlər ilk növbədə görülməlidir, sonra növbədə hansı işlər gələcəksə hamısı qabaqcadan müəyyənləşdiriləcək.

Heç kim qabağa düşüb özünü qəhrəmanlaşdıra, torpaqları zəbt edə bilməz. Dövlət hər bir işə çox ciddi nəzarət edəcək. Burada ictimai nəzarətin həyata keçirilməsi də vacib amillərdəndir. Ola bilsin ki, hansısa bir məmur bu ərazilərdə hansısa bir yolla torpaq zəbt edib özünə iqamətgah yaratmaq istəsə, dərhal ictimailəşməli və ictimai qınağa çəkməlidir. Biz hamımız görüləcək işlərə nəzarət etməklə Prezidentin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərin daha düzgün şəkildə bərpa olunmasına töhfə verə bilərik. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə yeni idarəetmə modeli yaradılır. Düşnürəm ki, yeni idarəetmə modeli işğaldan azad olunmuş ərazilərimizi cənnətə döndərəcək və gələcəkdə bu təcrübə bütün ölkədə tətbiq olunacaqdır.  

 İlham Əliyevin prezidentlik fəaliyyətinin 17 ili Xalq-İqtidar birliyindən qaynaqlanan inam və etibar üzərində bərqərar olub, neçə-neçə uğurlara imza atılıb, 44 gün ərzində 30 illik həsrətə son qoyaraq Qarabağı Azərbaycana qovuşdurub. Elə müsahibə zamanı bunu bir daha deyən Qalib Prezidentimiz bildirib ki, işğaldan azad olunan torpaqlarımızda bütün işlər ardıcıllıqla aparılır: "Mən bu ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə demişəm ki, biz hansı işləri görəcəyik, insanlar da bilsinlər. İlk növbədə, keçmiş məcburi köçkünlər, nə vaxt qayıda bilərlər o torpaqlara? Birinci, minalardan təmizləmə. Bu, böyük bir prosesdir. Ermənilər bizə mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər, əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Əgər biz ziyanın qiymətləndirilməsini etməsək, sabah təzminat davasında da uğur qazana bilmərik. Ona görə də, ilk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır".Dövlət başçısı bir daha bildirib ki, bu işlərin görülməsi üçün zaman tələb edir və ucuz populyarlıq dalınca qaçanların axırı isə pis olur: "Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan durub deyəcək ki, mən burada bunu tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə məşğul ol. Yenə də deyirəm, ucuz populyarlıq dalınca qaçanların axırı pis olur, bu, birincisi. İkincisi, qayda-qanun var ölkədə. Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq".

Bəli, bu gün Azərbaycan xalqı bir daha gördü ki, Azərbaycan Prezidenti daima xalqı ilə birlikdədir, onların yanındadır, bütün görülən işləri də xalqına aydın şəkildə çatdırır. Dövlət başçımızın dediyi kimi: "Mən bu ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə demişəm ki, biz hansı işləri görəcəyik, insanlar da bilsinlər".

Tural HÜSEYNLİ, 
Nəsimi rayonu, iqtisadcı. 


Tarix: 3-02-2021, 13:57 Oxunub: 134


Bölməyə aid digər xəbərlər


«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031